Baş səhifə   » MÜNAQİŞƏ AB-də    » AB sənəd 18 iyun 1992   

AB sənəd 18 iyun 1992

  


Brüssel, 18 iyun 1992-ci il
Dağlıq Qarabağa dair bəyanat

Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağda davam edən döyüşlər ilə bağlı dərin narahatlığını
bildirir. Birlik və ona üzv olan dövlətlər böhranın həllinə qətiyyən kömək etməyən hər hansı gücün tətbiq
edilməsini ciddi şəkildə pisləyir. Onlar böhrana qatılan tərəfləri təmkinliliyə dəvət edir və növbəti əzab-əziyyət və ya insan tələfatı ilə nəticələnən hərəkətlərdən çəkinməyə çağırır.
Birlik və ona üzv olan dövlətlər aidiyyəti olan hökumətləri nüfuzlarından istifadə edərək baş verən dəhşətli
zorakılığa son qoymağa və davamlı atəşkəsə nail olmağa çağırır.
Birlik və ona üzv olan dövlətlər Ermənistan və Azərbaycana bir daha müraciət edərək ATƏM-ə daxil
olarkən götürdükləri öhdəliklərə əsasən insan hüquqlarına hörmət etməyə çağırır. Onlar tərəfləri regionda sülhü bərpa etməyin ən yaxşı ümidini təklif edən ATƏM-in himayəsi altında Minsk Konfransının tezliklə
keçirilməsinin zəruri şərtlərinin yaradılması üçün Romada ilkin fövqəladə görüş çərçivəsində göstərilən səylərə töhfə verməyə çağırır.




Oxunub: 25179