Baş səhifə   » HAQQIMIZDA    » Haqqımızda yazılanlar   

Haqqımızda yazılanlar

Ermənilərə virtual dünyada cavab-www.garabagh.net saytı
Xocalı soyqırımının 20 illiyi ərəfəsində yeni www. garabagh.net saytı işıq üzü gördü. İlham Abduyevin ideya rəhbərliyi və təşkilatçılığı ilə www.azerbaijans.com saytının kollektivi tərəfindən hazırlanan sayt həmçinin Avroviziya yarışması ərəfəsində Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün ən gözəl vasitədir. www. garabagh.net mükəmməliyi, yığcamlığı, virtaul görünüşü ilə digər saytlardan fərqlənir. Saytın dünyanın aparıcı yeddi dilində (Azərbaycan dilindən başqa ingilis, alman, rus, türk, fransız, ispan dillərində) təqdimatı onun beynəlxalq səviyyədə geniş istifadə imkanlarını təmin edir. Sayt 40 bölmə, 200 linkdən ibarətdir. Hər bir bölmə Qarabağ haqqında ayrı-ayrı informasiyalar bazasına malikdir. Bölmələrdə Qarabağ tarixi, tarixi müqavilələr, Qarabağın inzibati bölgüsü, coğrafiyası, sosial inkişafı, mədəniyyəti, mətbəxi, Qarabağ münaqişəsi, onun fəsadları, Xocalı soyqırımı, münaqişə ilə bağlı dövlət qayğısı və dövlət siyasəti, prezidentin Qarabağ münaqişəsi ilə bağlı çıxışları, münaqişənin beynəlxalq təşkilatlarda çözümü və s. barədə mükəmməl bilgi verilmişdir. Bir sözlə, Qarabağ həqiqətlərini bütövlükdə özündə əks etdirən saytı Qarabağ haqqında ensiklopediya hesab etmək olar və bu, sözsüz, bölgə haqqında internet məkanında informasiya bolluğu yaradacaqdır. Bundan əlavə, sayt xaricdə yaşayan azərbaycanlılar üçün, Azərbaycan lobbisi üçün məlumat mənbəyi kimi çox yararlı olacaqdır. Saytın vizual texniki tərtibatı da mükəmməl hazırlanmışdır. Saytın loqosunun fonunda Qarabağ bölgəsinin yenicə əldə edilmiş şəkilləri öz əksini tapır. Bundan başqa, saytda yerləşdirilən informasiyaları vizuallaşdıran video və foto bölmələri fəaliyyət göstərir. (www.mia.az)
WWW.GARABAGH.NET SAYTI İŞƏ DÜŞDÜ
Yeni sayt - www.garabagh.net işıq üzü görüb. Sayt 40 bölmə, 200 linkdən ibarətdir. Hər bir bölmə Qarabağ haqqında ayrı-ayrı informasiyalar bazasına malikdir. Bölmələrdə Qarabağ tarixi, tarixi müqavilələr, Qarabağın inzibati bölgüsü, coğrafiyası, sosial inkişafı, mədəniyyəti, mətbəxi, Qarabağ münaqişəsi, onun fəsadları, Xocalı soyqırımı, münaqişə ilə bağlı dövlət qayğısı və dövlət siyasəti, prezidentin Qarabağ münaqişəsi ilə bağlı çıxışları, münaqişənin beynəlxalq təşkilatlarda çözümü və s. barədə bilgi verilib. ("Media forum")
Qarabağ haqqında zəngin sayt yaradıldı
Qarabağ haqqında zəngin sayt yaradıldı Lent.az-ın məlumatına görə, yeni təqdim olunan “www.garabagh.net” saytı 40 bölmə, 200 linkdən ibarətdir. Bölmələrdə Qarabağ tarixi, tarixi müqavilələr, Qarabağın inzibati bölgüsü, coğrafiyası, sosial inkişafı, mədəniyyəti, mətbəxi, ziyalıları, Qarabağ münaqişəsi, onun fəsadları, Xocalı soyqırımı, münaqişə ilə bağlı dövlət qayğısı və dövlət siyasəti, prezidentin Qarabağ münaqişəsi ilə bağlı çıxışları, münaqişənin beynəlxalq təşkilatlarda çözümü, Qarabağ icması və digər bölmələr haqqında məlumatlar, foto və videolar yer alıb. Saytda yalnız Qarabağ haqqında deyil, həmçinin Azərbaycan tarixi, coğrafiyası , eləcə də mədəniyyəti, dövlət siyasəti, milli qəhrəmanları haqqında geniş məlumat yer alıb. Layihə “abduyev.com” saytının kollektivi tərəfindən həyata keçirilib. Jalə, "lent.az"
Xocalı soyqırımının 20-ci ildönümündə yeni bir layihə hazırlandı
Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində yeni www. garabagh.net saytı işıq üzü görüb. SİA-nın məlumatına görə, İlham Abduyevin ideya rəhbərliyi və təşkilatçılığı ilə www.azerbaijans.com saytının kollektivi tərəfindən hazırlanan sayt həmçinin “Avroviziya” yarışması ərəfəsində Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün ən gözəl vasitədir. www. garabagh.net mükəmməliyi, yığcamlığı, virtaul görünüşü ilə digər saytlardan fərqlənir. Saytın dünyanın aparıcı yeddi dilində (Azərbaycan dilindən başqa ingilis, alman, rus, türk, fransız, ispan dillərində) təqdimatı onun beynəlxalq səviyyədə geniş istifadə imkanlarını təmin edir. Sayt 40 bölmə, 200 linkdən ibarətdir. Hər bir bölmə Qarabağ haqqında ayrı-ayrı informasiyalar bazasına malikdir. Bölmələrdə Qarabağın tarixi, tarixi müqavilələr, Qarabağın inzibati bölgüsü, coğrafiyası, sosial inkişafı, mədəniyyəti, mətbəxi, Qarabağ münaqişəsi, onun fəsadları, Xocalı soyqırımı, münaqişə ilə bağlı dövlət qayğısı və dövlət siyasəti, prezidentin Qarabağ münaqişəsi ilə bağlı çıxışları, münaqişənin beynəlxalq təşkilatlarda çözümü və s. barədə mükəmməl bilgi verilib. Bundan əlavə, sayt xaricdə yaşayan azərbaycanlılar üçün, Azərbaycan lobbisi üçün məlumat mənbəyi kimi çox yararlı olacaqdır. Saytın vizual texniki tərtibatı da mükəmməl hazırlanıb. Saytın loqosunun fonunda Qarabağ bölgəsinin yenicə əldə edilmiş şəkilləri öz əksini tapır. Ceyhun Eyyubov (http://www.sia.az/)


2 / 2