Baş səhifə   » İNZİBATİ BÖLGÜ    » Qarabağın şəhər və rayonları    » Əsgəran   

Əsgəran

  



Əsgəran
Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində şəhərdir. Qarqarçayın sahilindədir. Bu şəhərin adı XVIII əsrdə Qarabağ xanlarından birinin tikdirdiyi Əsgəran qalasının adındandır. Qala keçmişdə Əsgəran adlanan yerdə tikilib. Yerin adı isə qədim mənbələrdən məlum olan əski (köhnə, qədim) və Aran (Arran toponimi) komponentlərindən ibarət olub, “Köhnə Aran, qədim Aran” mənalarını özündə daşıyır. “Alban tarixi” əsərində bu yerin adı Mets Aran (Böyük Aran) kimi göstərilib.
Əsgəran şəhəri Ermənistan tərəfindən Xocalı rayonu işğal edilərkən (fevral 1992) zəbt edilib, hazırda Ermənistanın işğalı altındadır.




Oxunub: 49850