Baş səhifə
» XOCALI SOYQIRIMI
» Xocalı soyqrımı xarici mətbuatda
Xocalı soyqrımı xarici mətbuatda![]() Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir. Xocalı soyqırımına dair dünya mətbuatında çıxarışlar: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyidlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər”. “Krua l'Eveneman” jurnalı (Paris), 29 fevral 1992-ci il. “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər” “Sandi Tayms” qəzeti (London), 1 mart 1992-ci il. “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar. Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir”. “Faynenşl Tayms” qəzeti (London), 9 mart 1992-ci il. “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır. “Tayms” qəzeti (London), 4 mart 1992-ci il. “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür”. “İzvestiya” qəzeti (Moskva), 4 mart 1992-ci il. “Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər” “Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il. “Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyid gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”. “İzvestiya” (Moskva), 13 mart 1992-ci il. “Bu regionda erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər. “Valer aktuel” jurnalı (Paris), 14 mart 1992-ci il. “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”. R. Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti hadisə yerində olub və xəbər verib.
|