Baş səhifə
» ERMƏNİ HƏQİQƏTLƏRİ
» Ermənilərə verilən imtiyazlar
Ermənilərə verilən imtiyazlar1828-ci ilə qədər Bakı şəhərində heç bir erməni olmadığı halda 1988-ci ildə 170 min qeydiyyatda, 130 min isə qeydiyyatsız erməni vardı. Bütün Respublikada 500 minə qədər erməni yaşayırdı. Bu 500 min erməni Azərbaycanın bütün ticarət, dövlət idarə və müəssisələrinin rəhbər vəzifələrini tutmuşdular. Uzun müddət onlar Azərbaycan KP Mərkəzi Komitəsi və Bakı Komitəsinin katibləri (hətta birinci katiblər), Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi; Ali Soveti; Xalq Komissarları Soveti; Nazirlər Sovetində müavin, şöbə müdirləri, nazir, komitə sədrləri idarə rəhbərləri və başqa mühüm vəzifələrdə işləmişdilər. Onların Azərbaycanda otuzuncu illərdəki apardıqları repressiya vəhşətlərı 1905-07-ci, 1918-1920-ci illərdə Azərbaycan xalqının başına gətirdikləri fəlakətlərdən qat-qat artıq idi. Ermənilərin Azərbaycanda ən aşağı vəzifələri katib, İcraiyyə Komitəsi sədri maşınlarını sürmək idi. Məktəb bufetindən tutmuş, «İnturist» restoranlarına qədər, milis idarələrindən tutmuş DTK və ali prokurorluğa qədər vəzifələrin 30 faizini tuturdular və s. Bunlardan 1988-ci ildə böyük vəzifələrdə olmuş ermənilərin siyahısını nəzərdən keçirmək yerinə düşər. 1990-cı ilə qədər Azərbaycanda böyük vəzifələrdə olmuş ermənilər aşağıdakılardır: 1. A.A.Ayriyan - Azərbaycan SSR Meşə və Ağac emalı sənayesi naziri; 2. V.N.Nersesyan - Bakı şəhər Kirov rayon Partiya Komitəsinin I katibi; 3. N.V.Qabrielyan - Azərittifaqın sədr müavini; 4. A.S.Becanyan- Azərbaycan SSR Prokurorluğu İstintaq İdarəsinin prokuroru; 5. S.M.Q.Ohancanyan - Azərkəndkimya Birliyi sədrinin 1-ci müavini; 6. B.A.Ayrapetov - Bakı şəhər İcraiyyə Komitəsinin sədr müavini, Bakı şəhər Plan İdarəsinin sədri; 7. J.S.Sarkisova - Bakı şəhər Prokurorluğu Məhkəmələrdə Cinayət İşlərinə Baxılmasına nəzarət şöbəsinin prokuroru; 8. R.M.Qazaryan - İslah Əmək Müəssisələrində qanunlara əməl edilməsinə nəzarət şöbəsinin prokuroru. 9. N.A.Melkumyan - Azərbaycan SSR Prokurorluğunun baş mühasibi. 10. L.V.Ohanesyan - Bakı şəhər Prokurorluğu əlahiddə və ümumi hissənin rəisi; 11. A.S.Qevorkyan - Azərbaycan SSR Prokurorluğunun təsərrüfat müdiri; 12. E.S.Qasparyan - Nəqliyyat Qanunlarının icrasına nəzarət üzrə prokuror köməkçisi; 13. E.S.Petrosyan - Azərbaycan SSR Prokurorluğunun baş inspektoru; 14. O.V.Parsadanov - Dövlət Təhlükəsizlik Komitəsi şöbəsinin prokuroru; 15. A.A.Arzumanyan - Bakı Təmir Tikinti Trestinin müdiri, Bakı şəhər Sovetinin deputatı; 16. A.S.Hambarsumov - Azərbaycan KP Lenin rayon komitəsi bürosunun üzvü, rayon Partiya Komitəsinin yanında partiya komissiyasının sədri; 17. R.S.Bagiryants - Xəzərneftqazsənaye Ümumittifaq Sənaye Birliyinin rəisinin müavini, iqtisad elmləri namizədi, SSRİ qaz sənayesi fəxri işçisi; 18. M.B.Bunyatyan - SSRİ Sənaye Tikintisi Bankı Azərbaycan Əməliyyat İdarəsinin rəisi; 19. L.İ.Vartapetyan - Bakı Su Kəməri İdarəsinin rəisinin 1-ci müavini, Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı işçisi; 20. S.N.Haykazyan - Bakı Qaz İstehsal İdarəsinin baş mühəndisi; 21. V.P.Yegizarov - Lenin rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin müavini; 22. A.X.Ohanyan - Bakı Kanalizasiya İdarəsinin baş mühəndisi; 23. R.V.Səfəryan - Sosial-Mədəni Obyektlər tikintisi tresti 9 saylı tikinti idarəsi kompleks briqadasının briqadiri, Azərbaycan KP Bakı şəhər Komitəsinin üzvü; 24. N.R.Şahnazaryan - Nizami rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
|