Baş səhifə   » HAQQIMIZDA    » Mükafatlarımız    » “Ən yaxşı iş” və “İlin meneceri” mükafatları   

“Ən yaxşı iş” və “İlin meneceri” mükafatları

  



25-27 oktyabr 2012-ci ildə Böyük Britaniyanın Oksford şəhərində Avropa Biznes Assambleyasının təşkilatçılığı ilə “Oksford Liderlər Sammiti” keçirilib. Tədbirin gedişində müxtəlif sahələr üzrə bir neçə nominasiyada müsabiqə elan olunub. azerbaijans.comazerbaijanphoto.com və butalife.com saytlarının ideya müəllifi və qurucusu İlham Abduyev də Assambleyanın Sokrat Komitəsi tərəfindən veb resursların inkişafı və həyata keçirilməsi üçün innovativ ideyalara görə “Ən yaxşı iş” diplomuna və “İlin meneceri” medalına layiq görülüb. Əsasnaməyə görə, laureat 5 il müddətində mükafatın aktiv brendlərindən biznes sənədlərində, məhsullarda, etiketlərdə, internet resurslarda, çap və elektron KİV-də və eləcədə istənilən reklamlarda və digər məqsədlər üçün istifadə etmək hüququna malikdir (Böyük Britaniya və Şimali İrlandiya Patent ofisi, qeydiyyat N-si 2401351). Qeyd edək ki, müsabiqədə 30 ölkədən 100-ə yaxın dövlət rəsmisi, səfirlər, iş adamları, mədəniyyət, elm və ictimai xadimləri, o cümlədən Argentinanın Böyük Britaniyadakı səfiri Aramburu Alejandro Pineiro, Kambocanın Böyük Britaniyadakı səfiri Bora Hor Nam, Lordlar palatasının üzvü Cons Diqbi, Thames Valley Ticarət Palatasının Xarici Əlaqələr üzrə direktoru Hovel Kristina, Avropa Rektorlar Klubunun prezidenti Qudhir Vil və s. iştirak etmişlər.


Məlumat üçün qeyd edək ki, Avropa Biznes Assambleyası iqtisadiyyatın inkişafı və idarə edilməsi, sosial və humanitar fəaliyyətlər üçün yaradılmış bir təşkilatdır. Assambleyanın əsas məqsədi dünya təcrübəsinə əsaslanaraq iqtisadiyyat, mədəniyyət, təhsil və elm sahələrində milli biznes elitasının ərsəyə gətirilməsinə kömək göstərib onları bir araya gətirmək, dinamik inkişaf edən region, şirkət və şəxsləri Avropa ictimaiyyətinə tanıtmaqdır (təşkilat haqqında daha ətraflı məlumat almaq üçün www.ebaoxford.co.uk elektron ünvanına müraciət edə bilərsiniz).

İlham Abduyev Assambleyanın dəvəti ilə “Oksford Liderlər Sammiti”ndə iştirak edib və yüksək nüfuzlu ali mükafatın təqdim etmə mərasimində təşəkkür nitqi söyləyib. Tədbirdə saytlarla bağlı videoçarxlar da göstərilib. Sammit müddətində İlham Abduyev Assambleyanın rəhbərliyi ilə görüşlər keçirib və Böyük Britaniya televiziyalarına müsahibə verərək tədbirlə bağlı təəssüratlarını bölüşüb. O, gələcək planlar, yeni layihələr haqqında da fikirlərini bildirib. Tədbirdən hazırlanmış fotoreportajı nəzərinizə çatdırırıq. 



Oxunub: 13071