Baş səhifə   » MÜNAQİŞƏ AŞ-də    » AŞPA sənəd 9 noyabr 2000   

AŞPA sənəd 9 noyabr 2000

  


Avropa Şurası Nazirlər Komitəsinin kommünikesi
(9 noyabr 2000-ci il)

“Avropa Şurası Cənub-Şərqi Avropa və Qafqaza dair fəaliyyətini artırır”
Nazirlər Komitəsi İtaliyanın xarici işlər naziri cənab Lamberto Dininin sədrliyi ilə 2000-ci ilin noyabrın 9- da Strasburqda 107-ci iclasını keçirdi.
Baş Katibin dəvəti ilə, iclasdan öncə 2000-ci ilin noyabrın 8-də qeyri-rəsmi görüş keçirilmişdir.
Nazirlərin 9 noyabrda rəsmi görüşü Prezident Kaştunitsa ilə onun ölkəsində müsbət inkişafa dair fikir
mübadiləsi ilə açıldı.
Fikir mübadiləsi Cənub-Şərqi Avropa, o cümlədən Moldova, və Qafqazda demokratik sabitliyin
gücləndirilməsində Avropa Şurasının töhfəsinə dair müzakirələrlə davam etdirilmişdir.
Cənubi Qafqazın namizəd dövlətlərinə gəlincə isə, hər iki ölkənin Avropa Şurasının tələb olunan
standartlarının yerinə yetirilməsinə, o cümlədən Azərbaycanda 5 noyabr 2000-ci ildə keçirilən seçkilərə
münasibətdə Nazirlər müəyyən narahatlıqla vəziyyəti nəzərə aldılar. Nazirlər Təşkilata daxil olmaq üçün
Ermənistan və Azərbaycanı eyni vaxtda dəvət etməyi qərara aldılar (və bu ölkələrin Xarici işlər nazirlərinin
bəyanatlarını razılıqla nəzərə aldılar) və bəyan etdilər ki, iki Dövlətin qəbul tarixi 2001-ci ilin yanvarında Nazir Müavinlərinin görüşündə nəzərdən keçiriləcək. Onlar qeyd etdilər ki, Ermənistan və Azərbaycan öz demokratik təsisatlarını, insan hüquqlarına hörməti və qanunun aliliyini gücləndirməyi davam etdirməlidirlər. Nazirlər Avropa Şurasının bu məqsədlə əməkdaşlıq etməyə hazır olduğunu təkrarladılar. Onlar, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həllində təxirə salınmadan real nəticələr əldə etməyi Ermənistan və Azərbaycandan təkidlə tələb etdilər.



Oxunub: 21131