Baş səhifə   » AZƏRBAYCAN    » Azərbaycan Respublikası haqqında   

Azərbaycan Respublikası haqqında

  



Azərbaycan Respublikası demokratik, leqal, dünyəvi, unitar respublikadır. Etnik və dini baxımdan türk və müsəlman çoxluğuna malik ölkədir. Ölkədə qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, İcra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bütün sənədləşmələr birmənalı olaraq dövlət dilində aparılır. 
Azərbaycan Avropa və Asiyanın qovşağında, Cənubi Qafqazın cənub-şərq hissəsində yerləşir. Şimaldan Rusiya Federasiyası, cənubdan İran İslam Respublikası, qərbdən Türkiyə, Gürcüstan və Ermənistan Respublikaları, şərqdən Xəzər dənizi vasitəsi ilə Qazaxıstan və Türkmənistanla həmsərhəddir. 
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir. Ölkənin ərazisi 86,600 km2, əhalisi isə 9 milyon 165 min nəfərdir (2011–ci ilin məlumatına görə). 
Hal-hazırda Azərbaycanın tərkibində 1 muxtar respublika- Naxçıvan Muxtar Respublikası (NMR), 90 inzibati-ərazi vahidi (o cümlədən 66 rayon, 11 şəhər və 13 şəhər rayonu) var. 
(Azərbaycan haqqında daha ətraflı məlumat əldə etmək üçün www.azerbaijans.com saytına baxa bilərsiniz). 



Oxunub: 31390