Baş səhifə   » DÖVLƏT QAYĞISI    » «Böyük Qayıdış» Proqramı   

«Böyük Qayıdış» Proqramı

  



Son illərdə Azərbaycan hökumətinin layihələşdirdiyi ən böyük proqramlardan biri də  «Böyük Repatriasiya (Böyük Qayıdış) proqramı»dır. Proqramın hazırlanmasında beynəlxalq maliyyə qurumları, BMT agentlikləri, beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları da yaxından iştirak etmişdir.  

“Böyük Qayıdış” proqramında həm işğal olunmuş ərazilərə dəymiş ziyanın dəqiq hesablanması, həm də işğal ərazilərinin azad olunmasından sonra bərpa və yenidənqurma işlərinə başlanması  nəzərdə tutulmuşdur. 
Qayıdış proqramı “Böyük sülh” sazişi imzalanandan sonra həyata keçirilməyə başlanacaq. Proqramın sülh sazişinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bərpa prosesi aşağıdakı ardıcıllıqla, mərhələlərlə aparılacaq: minadan təmizləmə əməliyyatları, rayonlar üzrə ayrı-ayrılıqda dəymiş ziyanın və aparılacaq bərpa işlərinin yenidən qiymətləndirilməsi, infrastrukturun – yol, kommunikasiya qurğularının və s. bərpası. Sonra isə yeni qəsəbələrin tikintisi başlanacaq. Qəsəbələrin tikintisi başa çatdıqdan sonra məcburi köçkünlərin qaytarılması prosesi nəzərdə tutulur. Sonuncu mərhələdə isə yeni iş yerlərinin yaradılması həyata keçiriləcək.



Oxunub: 35658