Baş səhifə   » XOCALI SOYQIRIMI    » Soyqırımın tanınması    » Xocalı soyqırımının Pakistanda tanınması   

Xocalı soyqırımının Pakistanda tanınması

  



2012-ci il  fevralın 1-də Pakistan İslam Respublikasının Senatı "Pakistan - Azərbaycan münasibətləri" ilə bağlı dinləmələrdən sonra Azərbaycan Respublikasının ərazisinin 20 %-nin işğalı və ermənilər tərəfindən törədilmiş Xocalı Soyqırımı ilə bağlı yekdilliklə qətnamə qəbul etmişdir.
Qətnamənin mətnində göstərilmişdir:
1. Xarici Əlaqələr Komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyir.
2. Komitə Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü və suverenliyini bir daha təsdiq edir.
3. Komitə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin yerinə yetirilməsini tələb edir, beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları Ermənistanı bu qərarları yerinə yetirməyə səsləməyə çağırır. Beynəlxalq ictimaiyyət bu Soyqırım üçün məsuliyyət də müəyyən edə bilər.
4. Komitə Azərbaycan Respublikasının Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istiqamətində səylərini dəstəkləyir.



Oxunub: 25417