Baş səhifə   » MUSİQİ    » Qarabağ rəqsləri   

Qarabağ rəqsləri

  



Azərbaycan xalq rəqslərinin qədim tarixi var. Xalq yaradıcılığının bir növü kimi rəqslər xalq tərəfindən yaranıb əsrlərdən bəri nəsildən nəslə keçmişdi. Rəqslər Azərbaycan instrumental xalq rəqs musiqisi üçün melodiya zənginliyi, quruluşunun simmetrikliyi, diapozon müxtəlifliyi, tədrici inkişaf, təkrar, variasiya və sekvensiya metodu səciyyəvidir. 
Azərbaycanda hər bir bölgənin özünəməxsus rəqsləri olub ki, zaman keçdikcə bu rəqslər ümumilikdə Azərbaycan incəsənətinin qızıl fonduna daxil olmuşdur. 
Belə məşhur rəqslərdən ikisi də Qarabağ bölgəsində yaranıb. Həmin rəqsləri diqqətinizə çatdırırıq. 
UZUNDƏRƏ
“Uzundərə” olduqca cazibəli, zərif və lirik ifadəli rəqsdir. Onu təkcə Azərbaycanda deyil, həm də Qafqazda da ən sevimli rəqslərdən biri hesab edirlər. Qarabağda, Ağdamla Göytəpə kəndi arasında bir dərə var, adına "Uzundərə" deyirlər. Bu rəqs məhz həmin dərəyə həsr olunub. 
ASTA QARABAĞI
“Asta Qarabağı” rəqsi da Qarabağda yaranıb. Rəqsin hərəkət düzümləri sabitdir, aram hissədə yerindəcə, sonra isə bir qədər tərpənişlə ifa olunur. Rəqsin tempi aramdır. 



Oxunub: 47777