Baş səhifə   » FACİƏLƏR    » Quba soyqırımı   

Quba soyqırımı

  



Qubada ermənilər tərəfinədən törədilən ən dəhşətli soyqırımdır. 2007-ci ildə  şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən burada kütləvi qəbiristanlıq aşkar edilmişdir və işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb edilmişdir. Qazma işləri hələ davam etdirilir.
Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib. Mart Soyqırımı və ya Mart Hadisələri (ingiliscə: March Events) - 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı böyük qırğınlar törətdi. Regionlarda ən böyük qətliam Quba qəzasında aparıldı. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: "Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir". Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırmışlar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirilmişlər. Hətta ermənilər adamların gözlərini çıxararaq "gözmuncuğu" düzəldirmişlər. 
Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı 30 minə yaxın adam öldürüldü. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycanın ümummilli lideri  prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.



Oxunub: 25465