Baş səhifə   » MÜNAQİŞƏ AŞ-də    » AŞPA sənəd 1995   

AŞPA sənəd 1995

  


Avropa Şurası Parlament Assambleyasının Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair qətnaməsi № 1059
(1995)

1. Assambleya 1988-ci ildə başlayan Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycanda ifadə
edilə bilməyən insan əzabları, minlərlə həlak olanlar, on minlərlə yaralı və bir milyondan artıq qaçqın və
məcburi köçkünlərlə nəticələndiyindən təəssüflənir.
2. Son rəqəm hədələr, törədilmiş vəhşiliklərə dair məruzələr və 1991-ci ildən öncə Sovet hakimiyyətinin
əmrlərindən sonra öz evlərini tərk etməyə məcbur edilən yüz minlərlə insanı əhatə edir.
3. Ermənistan və Azərbaycanın 1991-ci ildə müstəqilliklərini elan etmələrindən sonra onların
iqtisadiyyatları ciddi şəkildə tənəzzül etmişdir. Vəziyyət münaqişənin və qonşu ölkələrin tətbiq etdikləri iqtisadi blokadanın təsiri ilə pisləşmişdir.
4. Nəticədə, hər iki ölkənin əhalisi həyat səviyyəsinin ciddi şəkildə aşağı düşməsinə məruz qalmışdır, və
artmaqda olan çətinliklərlə, o cümlədən yüksələn işsizlik və kəskin su, yanacaq və enerji qıtlığı ilə üzləşir.
Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, hər iki ölkədə bir milyondan artıq insan hazırda
yoxsulluq səviyyəsindən aşağı yaşayır.
5. Əsasən qaçqınlar və xüsusilə Azərbaycanda tələblərə cavab verməyən çadırlarda yaşayanlar əsas istilik,
qida və tibbi yardım qıtlığının olmasından kəskin çətinliklərlə üzləşirlər.
6. Birləşmiş Millətlər Təşkilatının yardım proqramları hər iki ölkədə 1992-ci ilin dekabrından təsis
edilmişdir. Lakin, onların maliyyələşdirilməsi vəziyyətin ehtiyaclarını təmin etməkdə yetərli deyil.
7. Bundan əlavə, BMT agentlikləri bazar iqtisadiyyatına keçid, mərkəzsizləşdirmə və səhiyyə və təhsil
proqramları üçün məlumatlarla təminata dair hər iki hökumətə məsləhətlər verir və yardım göstərir. Buna
baxmayaraq, aidiyyatı ölkələrdə, o cümlədən Gürcüstandakı ayrı-ayrı qərargahlardan hazırda idarə olunan bu
xidmətlər əməkdaşlıq yolunda müəyyən maneələrlə çətinləşmişdir, və onların təqdim edilməsi təcrübə,
idarəetmə və vəsaitlərin uzun müddətə ən effektiv şəkildə hərəkətə gətirilməsini əks etdirməyə bilər.
8. Assambleya 12 may 1994-cü ildə qüvvəyə minmiş atəşkəsi alqışlayan, bütün tərəfləri buna ziyan vura
biləcək hər hansı düşmənçilik aktından çəkinməyə çağıran və, xüsusilə maraqlı tərəflərin parlament
nümayəndələri arasında dialoqu həvəsləndirməklə sülh sazişinin imzalanmasına bütün qüvvəsi ilə yardımını
təklif edən 1251 saylı (1994) Qətnaməsini yada salır.
9. Assambleya müharibə edən tərəflərə geri qayıtmaq arzusunda olan qaçqınların, başqa yerdə
məskunlaşmaq istəyənlərə kompensasiya vermək şərti ilə, öz evlərinə mümkün qədər erkən qayıtmasını təşkil
etmək; azlıqların hüquqlarına hörmət etmək; və onlar arasında olan bütün nəqliyyat və rabitə vasitələri üzərində blokadaya və Rusiya və Türkiyənin tətbiq etdikləri blokadaya dərhal son qoymaq çağırışlarını təkrar qeyd edir.
10. Assambleya təkid edir ki:
a. Ermənistan, Azərbaycan və Gürcüstan hökumətləri təcili yardım və səhiyyə, təhsil, bərpa və inkişafa dair
uzunmüddətli proqramların təqdim edilməsində BMT agentlikləri və qeyri-hökumət təşkilatları ilə geniş
əməkdaşlıq etsinlər;
b. Gürcüstan hökuməti BMT-nin yardımı ilə Mesxeti türklərinin geri qayıtması və məskunlaşdırılmasını
qəbul etsin və BMT-ni bu xüsusilə zəif qrupun vəziyyətinə xüsusi diqqət yetirməyə çağırır;
c. Avropa İttifaqı, özünün Humanitar İdarəsi vasitəsilə, Cənubi Qafqaz əhalisinin zəif təbəqələrinə
yardımını artırsın.
11. Nəhayət, Assambleya Qafqazda sülhün yenidən bərpasına yardım etmək və humanitar vəziyyəti
yaxşılaşdırmaq üçün daha geniş beynəlxalq səylərin göstərilməsinə çağırır və bu məqsədlə, üzv dövlətlərin
hökumət və parlamentlərini yetmiş illik təcriddən çıxmaqda olan bu regiona öz yardım, təcrübə və əməkdaşlıq təkliflərini etməyə təşviq edir.
1 - Mətn Assambleyanın adından fəaliyyət göstərən Daimi Komitə tərəfindən 15 mart 1995-ci ildə qəbul
edilmişdir.
Bax: Sənəd 7250, Miqrasiya, Qaçqınlar və Demoqrafiya üzrə Komitənin məruzəsi, məruzəçi: cənab
Atkinson; və Sənəd 7266, Avropanın Qeyri-üzv Ölkələri ilə əlaqələr üzrə Komitəsinin rəyi, məruzəçi: cənab Jeszenszki




Oxunub: 15999