Baş səhifə   » QARABAĞ İCMASI    » İcmanın fəaliyyəti   

İcmanın fəaliyyəti

  



“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması” İctimai Birliyin məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir.
Yuxarıda qeyd olunan məqsədə nail olmaq üçün Birlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının (bundan sonra -İcma) fəallığını artırmaq;
Münaqişənin tarixi kökləri və onun həlli ilə bağlı ölkə Prezidentinin apardığı genişmiqyaslı tədbirlər barədə əhalini maarifləndirmək;
İcma üzvlərinin sosial-iqtisadi problemlərini öyrənmək və aidiyyəti dövlət orqanları vasitəsilə onların həllinə nail olmaq;
Mədəni irsin qorunması və təbliğində İcmanın imkanlarını səfərbər etmək, Dağlıq Qarabağdan olan gənclərin xaricdə təhsil almalarına şərait yaratmaq;
Mədəni-kütləvi tədbirləri, idman yarışlarını təşkil etmək, istedadlı gənclərin ölkədaxili və beynəlxalq bədii yaradıcılıq müsabiqələrində, idman yarışlarında iştirakına şərait yaratmaq;
Uşaq və gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin, ekstremizm və ayrı-seçkilik hallarına qarşı mübarizə ruhunun aşılanması üçün tədbirlər həyata keçirmək;
Dağlıq Qarabağ problemi ilə məşğul olan beynəlxalq təşkilat və qurumlarla aparılan danışıqlarda İcmanı təmsil etmək, beynəlxalq əlaqələri və əməkdaşlıq sahəsində fəaliyyəti müvafiq dövlət qurumları ilə uzlaşdırmaq;
Dağlıq Qarabağ azərbaycanlılarının öz doğma torpaqlarına mütləq qayıtmaq istəyini, normal sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyətində olduqlarını dünyaya bəyan etmək;
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması və dinc azərbaycanlı əhalisinin üzləşdiyi məhrumiyyətlər barədə məlumatları, işğal altında olan ərazilərin əhalisi, təbiəti və ekoloji durumu, mədəni irsi, tarixi abidələri və s. barədə informasiyaları toplamaq, təhlil etmək, ölkə və xarici KİV-də işıqlandırmaq;
Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağdan məcburi köçkün düşmüş vətəndaşların hüquq və mənafelərini müdafiə etmək, İcma üzvlərinin pozulmuş hüquqları barədə beynəlxalq təşkilatlarda və məhkəmələrdə məsələlər qaldırmaq;
İcma üzvlərinə hüquqi yardım göstərmək;
Beynəlxalq rəyin Azərbaycanın xeyrinə formalaşması üçün internet resurslarından daha geniş və səmərəli istifadə etmək;
Təhsil aldıqları ölkələrin ictimaiyyətinə Dağlıq Qarabağ barədə həqiqətləri çatdırmaq məqsədilə xaricdə oxuyan tələbələrin, xüsusilə Qarabağ mənşəli gənclərin dərnəklərini yaratmaq;
Münaqişə ilə bağlı beynəlxalq səviyyədə təşkil olunan tədbirlərdə Qarabağ mənşəli mütəxəssislərin və xaricdə təhsil almış gənclərin iştirakına şərait yaratmaqla İcmanın mövqeyini dünya ictimaiyyətinə çatdırmaq;
Əsir və itkin düşmüş vətəndaşların taleyinin aydınlaşdırılması və onların geri qaytarılması üçün müvafiq dövlət orqanları və beynəlxalq qurumlarla əməkdaşlıq etmək;
İcmanın problemlərinin həllinə yönəlmiş beynəlxalq layihə və proqramların təşviqi və həyata keçirilməsinə nail olmaq, bu sahədə yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək;
"Xalq diplomatiyası" çərçivəsində Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə işi təşkil etmək;
Dağlıq Qarabağla bağlı kütləvi və elektron informasiya vasitələrindəki materialları izləmək, təhlil etmək və dərhal reaksiya vermək, yerli və xarici mətbuat nümayəndələri üçün görüşlər, brifinqlər təşkil etmək;
Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində və doğma torpaqlara qayıdışla əlaqədar proqramın hazırlanmasında iştirak etmək;
Qanunverici orqanda İcmanın mənafeyi ilə bağlı məsələlər qaldırmaq və Milli Məclis üzvlərinin köməyi ilə xarici dövlətlərin parlamentlərində İcmanın mənafelərinə uyğun dinləmələrin, görüşlərin keçirilməsini, lobbiçiliyi təşkil etmək.



Oxunub: 38636