Baş səhifə
» HAQQIMIZDA
» Müraciətlər
» İlham Abduyevin Yeni il və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə müraciəti
İlham Abduyevin Yeni il və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə müraciətiƏziz həmvətənlər! Tezliklə daha bir təqvim ili tarixin əlamətdar səhifələrindən birinə çevriləcək. Sevindirici haldır ki, yola saldığımız 2012-ci ili də Azərbaycan üçün çox uğurlu il kimi qiymətləndirmək olar. Məhz bu ildə də ölkəmiz həm ictimai-siyasi, həm də sosial-iqtisadi sahələrdə əldə etdiyi nailiyyətlərlə dünya ölkələri sırasındakı mövqeyini bir qədər də möhkəmləndirmişdir. Bir neçə gündən sonra dünya azərbaycanlıları daha bir bayramı - milli birlik rəmzinə çevrilmiş 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edəcək. 20 il bundan əvvəl həmrəylik və birlik naminə rəsmiləşdirilən bu bayram dünyada yaşayan milyonlarla azərbaycanlının ümummilli məqsədlər uğrunda birləşməsinə böyük təkan vermişdir. Məlumdur ki, ümumi dövlətçilik mənafeyi uğrunda birləşmək, həmrəy olmaq, harada yaşamasından asılı olmayaraq öz vətəninin təəssübkeşinə çevrilmək bacarığı millətin və dövlətin qüdrətindən xəbər verir. Müasir qloballaşma və inteqrasiyalar bu milli birliyi əsas zərurətlərdən biri kimi ortaya qoyur. Bu baxımdan, dövlətimizin ötən illər ərzində milli mənəvi bütövlüyümüzün, əqidə birliyimizin yaradılması istiqamətində gördüyü işlər, eyni zamanda dünyanın ayrı-ayrı yerlərində yaşayan həmvətənlərimizin Azərbaycan həqiqətlərinin, milli mədəniyyətimizin təbliğinə verdiyi töhfələr bizi fərəhləndirir və yeni-yeni uğurlara imza atmağa sövq edir. Yola saldığımız 2012-ci il bizim üçün uğurlu olduğu kimi, qarşıdan gələn 2013-ci il də o qədər məsuliyyətli bir il olacaq. Çünki 2013-cü il Azərbaycan tarixi üçün əlamətdar hadisə olan prezident seçkiləri ilidir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyatın bütün sahələrində qazandığı uğurları ilə dünyanın diqqət mərkəzindədir. Ölkəmizin qısa bir zamanda istər daxili və xarici siyasət, istərsə də iqtisadiyyat sahəsində əldə etdiyi nailiyyətlər, Azərbaycanın sürətlə inkişaf edən qüdrətli və demokratik bir dövlətə çevrilməsi, etibarlı və sülhsevər tərəfdaş kimi dünyada nüfuz qazanması məhz İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində ölkəmiz nəinki Qafqaz regionunda, ümumilikdə dünyada iqtisadi və strateji cəhətdən əhəmiyyətli dövlətlərdən birinə çevrilmişdir. Sadalanan bütün bu müvəffəqiyyətlər Azərbaycan vətəndaşı olaraq bizim dövlətimizin və onun rəhbərinin ətrafında sıx birləşməyimizi bir daha zəruri edir. Əziz həmvətənlər! Sizi qarşıdan gələn Yeni il və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, xalqımıza səadət, xoşbəxtlik və uğurlar diləyirəm. Bütün azərbaycanlılara növbəti illərdə də dövlətimizin və onun prezidenti İlham Əliyevin ətrafında daha sıx birliyə və həmrəyliyə nail olmağı, müstəqil dövlətimizin mənafelərinin qorunması və beynəlxalq nüfuzunun artırılması işində yorulmaz fəaliyyət göstərməyi arzu edirəm. İlham Abduyev azerbaijans.com saytının ideya müəllifi və qurucusu
|