Baş səhifə
» HAQQIMIZDA
» Müraciətlər
» \"Virtual Qarabağ\" layihəsinin KİV-lərdə müzakirəsi ilə bağlı açıqlama
"Virtual Qarabağ" layihəsinin KİV-lərdə müzakirəsi ilə bağlı açıqlamaHörmətli həmvətənlərim,bildirmək istəyirəm ki, 2 iyulda azerbaijans.com və garabagh.net saytlarında “Virtual Qarabağ” adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması ilə bağlı irəli sürdüyüm təkliflər az keçməmiş həm kütləvi informasiya vasitələrində, həm də internet portallarında geniş şəkildə və müxtəlif aspektlərdən şərh edildi. Təbii ki, təkiflərə bu cür operativ reaksiya məni çox sevindirdi. Mən də sıravi Azərbaycan vətəndaşı kimi “Virtual Qarabağ” mərkəzinin yaradılması ideyasını alqışlayıram və təkliflər paketində də göstərdiyim kimi, bu yönümdə çoxşaxəli fəaliyyət göstərməyi daha müqabil hesab edirəm. Əminəm ki, bununla həm Qarabağ həqiqətlərini dünyaya olduğu kimi təqdim olunmasında, həm də informasiya mübarizəsində mütləq üstünlük qazanılmasında böyük nailiyyətlər əldə edəcəyik. Xüsusilə vurğulamaq istəyirəm ki, belə bir mərkəzin yaradılmasında və dünyada təbliğində müvafiq dövlət qurumlarının rolu daha önəmli və məqsəduyğun hesab edilməlidir. Çünki öz-özlüyündə həm ictimai-sosial, həm də siyasi mahiyyət kəsb edən “Virtual Qarabağ”ın formalaşmasında, onun sonrakı inkişaf istiqamətlərinin müəyyənləşməsində, zənginləşməsində, mərkəzə nəzarətdə və dövlət siyasətinə uyğun idarə olunmasında dövlət strukturları aparıcı mövqeyə malik olmalıdır. Təbii ki, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, ziyalıların da bu məsələdə müvafiq dövlət təşkilatlarına dəstəyini vacib hesab edirəm. İntellekt qrupu olaraq təkliflər paketini müzakirəyə çıxarmamız məhz bu məqsədə xidmət edir. Həm vətəndaşlıq borcu, həm də azerbaijans.com - garabagh.net saytı olaraq belə bir önəmli işdə dövlət sərəncamına uyğun olaraq fəaliyyət göstərəcək icraçı qurumlara öz töhfəmizi, köməyimizi verməyə hazırıq. garabagh.net saytının ideya müəllifi və qurucusu İlham Abduyev 06 iyul 2012-ci il
|