Baş səhifə   » MUSİQİ    » Musiqiçilər   

Musiqiçilər

  


Cəmil Əmirov (1875-1928)
Cəmil Əmirov (Məşədi Cəmil Əmirov) Şuşada dünyaya göz açıb. C.Əmirov 1907-ci ildə Cəncəyə köçüb və burada məşhur Məşədi Məmməd Fərzəliyevi, Malıbəyli Həmidi, Bülbülü, Seyid Şuşinskini müşayiət etməklə məşhurlaşıb. 
Geniş dinləyici kütləsinin məhəbbətini qazanan C.Əmirov 1910-cu ildə Riqada “Qramofon” firmasında ifasını yazdırıb. Tar, kamança və qarmonda ifa edib. 
Ustad ifaçı olmaqla bərabər, C.Əmirov, həm də bacarıqlı bəstəkar və pedaqoq kimi də tanınıbdır. 
C.Əmirov 1915-ci ildə “Seyfəl mülk” operasını Gəncədə səhnəyə qoyub. Bir il sonra həmən əsər müvəffəqiyyətlə Tiflisin Z.Paliaşvili adına milli opera teatrında oynanılıb. 

Əşrəf Cəlal oğlu Abbasov (1920-1992)
Əşrəf Abbasov Şuşada anadan olub. Ə.Abbasov 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir.
Professor Ə.Abbasov 1953-57-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olubdur. 1965-ci ildə ilk Azərbaycan uşaq baleti olan “Qaraca qız”ı yazmışdır. 
Ə.Abbasov fortepiano və orkestr üçün konsertin, simfonik orkestr üçün “Konsertino”nun, “Şuşa”, “Gələcək gün”, “Dramatik” simfonik poemalarının, “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda” operettalarının, bir çox instrumental əsərin, xor, mahnı, romansın müəllifidir.

Çingiz Zülfüqar oğlu Hacıbəyov (1913-1971)
Çingiz Hacıbəyov Şuşada doğulub. Ç.Hacıbəyov 1931-ci ildən M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestrində Üzeyir bəy Hacıbəylinin və Müslim Maqomayevin rəhbərliyi ilə skripkaçı kimi fəaliyyət göstərib.
Ç.Hacıbəyovun yaradıcılığının əsas fəaliyyəti Azərbaycan Musiqili Komediya Teatrı, Dövlət Radio və Televiziya verilişləri Komitəsinin simfonik orkestri, Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə bağlı olub. 1938-1953-cü illərdə baş dirijor işləyib.

Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə) (1912-1984)
Niyazi Tiflisdə anadan olub. Şuşalı Azərbaycan bəstəkarı Zülfüqar Hacıbəyovun oğludur. Niyazinin musiqiçi kimi formalaşmasında əmisi Üzeyir Hacıbəylinin böyük rolu olmuşdur. O, Moskvada və Leninqradda (Peterburqda) musiqi təhsili alıb, Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında oxuyubdur. 
Niyazi bəstəkarlıq və dirijorluq fəaliyyətinə 1930-cu illərdə başlayıbdır. Azərbaycan Dövlət Simfonik Orkestrinin formalaşmasında yaxında iştirak edib, 1938-ci ildən (müəyyən fasilələrlə) ömrünün sonuna kimi orkestrin bədii rəhbəri və baş dirijoru olubdur.
Niyazi bir sıra simfonik əsərlərin (“Rast” sinfonik muğamı), opera (“Xosrov və Şirin”), balet (“Çitra”) və vokal əsərlərinin müəllifidir. Əsər müəllifin idarəsilə bir çox xarici ölkələrdə səslənib, Çexoslavakiyanın (“Suprafon”) və ABŞ-ın (“Rikordi”) musiqi şirkətləri tərəfindən qrammofon valına yazılıbdır.

Fikrət Məşədi Cəmil oğlu Əmirov (1922-1984)
Əslən şuşalı olan Fikrət Əmirov Gəncədə anadan olub. O, 1948-ci ildə Bakı Konservatoriyasını (Üzeyr Hacıbəyli və Boris Zeydmanın kursu) bitirib. F.Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. F.Əmirov Azәrbaycan musiqisinin dünya şöһrәti qazanmasında müһüm rol oynayıb. O, şifaһi әnәnәyә malik Azәrbaycan musiqisinin lad-intonasiya vә kompozisiya quruluşunun yeni imkanlarını aşkara çıxarıbdır. F.Əmirov “Sevil” operasının, “Ürәkçalanlar”, “Gözün aydın” musiqili komediyalarının, “Nәsimi dastanı”, “Min bir gecә”, “Nizami” baletlәrinin müәllifidir. 
Azәrbaycan musiqisindә simfonik musiqinin әsasını qoyanlardan biri olubdur. F.Əmirovun “Nizami” simfoniyası, “Şur”, “Kürd-ovşarı”, “Gülüstan Bayatı-Şiraz” simfonik muğamları onun yaradıcılığında müһüm mәrһәlә tәşkil edib. Ü.Hacıbəyli muğamları ilk dәfә әslindә olduğu kimi muğam operalarına tәtbiq edibsә, F.Әmirov onları simfonik musiqi prinsiplәri әsasında inkişaf etdirib vә iki müxtәlif üslublu Qәrb vә Şәrq professional musiqisinin üzvi әlaqәsinә nail olubdur. 

Soltan İsmayıl oğlu Hacıbəyov (1919-1974)
Soltan Hacıbəyov 1919-cu ildə Şuşa şəhərində anadan olub. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsinə, professor B.İ.Zeydmanın kursuna daxil olubdur. Hələ konservatoriyaya daxil olmamışdan əvvəl “Qızıl gül” musiqili komediyasını yazıb. 1945-ci ildə S.Hacıbəyov “Karvan” simfonik lövhəsini bəstələmişdir. 
S. Hacıbəyovun “Gülşən” baleti 1953-cü ildə Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində (Özbəkistanda) tamaşaya qoyulubdur. Müəllif baletə yazdığı musiqidən suita tərtib edibdir. “Gülşən” suitası böyük tirajla “Bruno” (Amerika) firması tərəfindən buraxılıb və geniş yayılıbdır.

Üzeyir bəy Hacıbəyli (1885-1948)
Üzeyir bəy Hacıbəyli Şuşa qәzasının Ağcabәdi bölgəsində anadan olub. O, Azәrbaycan bәstәkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq vә ictimai xadim olub. Ü.Hacıbəyli Müasir Azәrbaycan peşəkar musiqisinin vә milli operasının banisidir. Şәrqdә ilk operanın yaradıcısıdır. 
Ü.Hacibəyli 1908-ci il yanvarın 12-dә  Bakıda H.Z.Tağıyevin teatrında göstәrilәn “Leyli vә Mәcnun” operası ilә tәkcә Azәrbaycanda deyil, bütün müsәlman Şәrqindә opera sәnәtinin әsasını qoyubdur. 
Ü.Hacibəyli 1909-1915-ci illәrdә bir-birinin ardınca “Şeyx Sәnan” (1909), “Rüstәm vә Söhrab” (1910), “Şah Abbas vә Xurşid Banu” (1912), “Әsli vә Kәrәm” (1912), “Harun vә Leyla” (1915) muğam operalarını bәstәlәyibdir. O, Azәrbaycanda musiqili komediya janrının yaradıcısıdır. 
Ü.Hacibəyli 1921-ci ildә Bakıda azәrbaycanlı tәlәbәlәr üçün ilk musiqi mәktәbini - Azәrbaycan Dövlәt Türk Musiqi Mәktәbini (sonralar texnikum) tәşkil edib. 
Ü.Hacıbəyli istedadlı bәstәkarlar, musiqişünaslar nәsli yetişdirib. Q. Qarayev, F. Әmirov, Niyazi, S. Hacıbәyov vә b. onun tәlәbәlәri olublar.

Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov (1884-1950)
Zülfüqar Hacıbəyov Şuşada anadan olub. Azərbaycan Musiqili Komediya Teatrının banilərindən biridir. Z.Hacıbəyov “Əlli yaşında cavan” (1909), “On bir yaşlı arvad” (1911), “Evliykən subay” (1911) musiqili komediyalarının, “Aşıq Qərib” (1915) operasının müəllifidir. Z.Hacıbəyov oğlu Niyazi ilə birgə ilk səsli Azərbaycan bədii filmlərindən olan “Almas” filminin bəstəkarıdır. 

Süleyman Əyyub oğlu Ələsgərоv (1924-1999)
Süleyman Ələsgərоv Şuşada anadan olub. O, 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 
S.Ələsgərоvun “Ulduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu”, “Hardasan ay subaylıq”, “Sevindik qız qxtarır”, “Həmişəxanım” operettaları Azərbaycan Musiqili Kоmediya Teatrının səhnəsində bu gün də оynanılır. Bundan başqa, оnun “Bahadır və Sоna”, “Sоlğun çiçəklər” оperaları, bir neçə kantata, simfоniya, “Bayatı-Şiraz” simfоnik muğamı, simfоnik pоema və süitaları Azərbaycan musiqisinin incilərindəndir. 



Oxunub: 55533