Baş səhifə   » QARABAĞ MÜNAQİŞƏSİ    » İlk şəhidlər   

İlk şəhidlər

  


1988-ci ilin fevralın 20-də Azərbaycan SSR-nin tərkibində muxtar vilayət statusu ilə yaşayan və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə girməklə bağlı qərar qəbul etdilər. 1991-ci ildə DQMV erməniləri saxta referendum keçirməklə “müstəqillik”lərini elan ediblər. Bədnam məşhur iqtisadçı akademik A.Aqanbekyan və Fransa erməniləri bu məsələdə ilkin provokator rolunu oynadılar. 

Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin Azərbaycan SSR-nin tərkibindən çıxıb, Ermənistan isə SSR-nin tərkibinə birləşməklə bağlı qərarından 2 gün sonra Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayon sakinləri dinc nümayiş keçirdilər. Ermənilər atəş açmaqla 2 azərbaycanlı gənci (Əli Hacıyevi və Bəxtiyar Quliyevi) qətlə yetirdilər. Qarabağ münaqişəsində ilk qanın tökülməsi, iki azərbaycanlı gəncin öldürülməsi faktını o zamankı SSRİ-nin Baş Prokrorunun birinci müavini F.Katusev Mərkəzi Televiziyada çıxış edərkən təsdiqlədi. 
İki azərbaycanlı gəncin erməni və azərbaycanlı icmalar arasındakı savaşın ilk qurbanı olması və ilk qətli ermənilərin törətməsi ilə bağlı mötəbər mənbələr az deyil. İki gəncin intiqamını almaqdan ötrü Ağdamdan Xankəndinə yürüşə gedən, daş və ağacla silahlanmış ağdamlı gənclərin qarşısını o zamankı kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova yaylığını yerə atmaqla alıb. Fevralın 22-də Dağlıq Qarabağda, Əsgəranda ermənilərin tökdüyü ilk qan 4 gün sonra Sumqayıtda onların növbəti fitnəsinə başlanğıc olub. Belə ki, ermənilər öncədən planlaşdırdıqları təxribatı həyata keçiriblər. Bir neçə sumqayıtlı erməni Ermənistandan xüsusi göndərilən ermənilər tərəfindən öldürülüb və bu faktı bütün dünyaya azərbaycanlıların erməniləri öldürməsi kimi təqdim ediblər. 



Oxunub: 55533