Baş səhifə   » MÜNAQİŞƏ BMT-də    » BMT TŞ sənəd 29 yanvar 1993   

BMT TŞ sənəd 29 yanvar 1993

  


Təhlükəsizlik Şurasının sədri 1993-cü ilin 29 yanvarında keçirdiyi məsləhətləşmələrdən sonra Şuranın üzvləri adından kütləvi informasiya vasitələrinin nümayəndələrinə aşağıdakıları bəyan etmişdir:
Ermənistan və Azərbaycanın Naxçıvan Muxtar Respublikasına malların və materialların göndərilməsi, xüsusilə elektrik enerjisi verilməsindəki fasilələrin dağıdıcı nəticələri ilə əlaqədar Təhlükəsizlik Şurasının üzvləri dərin narahatlıq keçirdiklərini bildirirlər. Qeyri-adi dərəcədə sərt qışın genişləndirdiyi bu fasilələr həmin bölgələrin iqtisadiyyatını və infrastrukturunu iflas həddinə gətirib çıxarmış və real aclıq təhlükəsi yaratmışdır.
Şuranın üzvləri təkidlə bütün kömək edə biləcək ölkələri yanacaq və humanitar yardımın göndərilməsinə kömək etməyə və region ölkələrinin humanitar vəziyyətinin gələcəkdə daha da pisləşməsinin qarşısını almaq məqsədilə humanitar yüklərin, xüsusilə də yanacağın Ermənistana və Azərbaycanın Naxçıvan bölgəsinə maneəsiz çatdırılmasını təmin etməyə çağırır.
Şuranın üzvləri ATƏM-in tərəfləri bir araya gətirməyə və bu regionda sülhün bərqərar olmasına yönələn bütün səylərini tam dəstəklədiklərini bir daha bəyan edirlər. Onlar tərəfləri dərhal atəşkəsə və tezliklə ATƏM çərçivəsində danışıqların yenidən başlanılmasına razılaşmağa çağırırlar.
Təhlükəsizlik Şurasının üzvləri bu məsələyə baxmağı davam etdirəcəklər.




Oxunub: 16099