Baş səhifə   » İNZİBATİ BÖLGÜ    » Qarabağın şəhər və rayonları    » Ağdərə   

Ağdərə

  



Dağlıq Qarabağ bölgəsinin şimalında yerləşən Ağdərə rayonu sovet hakimiyyəti dövründə - 1930-cu ildə yaradılıb. 1939-cu ilədək Cerabert, həmin ildən 1991-ci ilə qədər Mardakert adlandırılıb. 1991-ci ildə ərazinin adı özünə qaytarılıb. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonun ərazisi Qarabağa aid olmayan üç rayon - Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünüb.
1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində iyulun 4-də Ağdərə şəhəri erməni işğalçılarından azad edilib. 1993-cü ildə erməni ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini yenidən işğal edib. Ağdərə Qarabağ bölgəsinin mühüm kənd təsərrüfatı rayonlarından biri idi. İqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu.
Memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il), Talış kəndi yaxınlığında Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axarında məbəd (XIII əsr), Hatəm Məlik qalası, bir çox qədim məbədlər və körpülər var idi. Bütün bunlar erməni işğalçılar tərəfindən dağıdılıb.
Ağdərə ərazisi hazırda Ermənistanın işğalı altındadır.



Oxunub: 81024