Baş səhifə   » ERMƏNİ HƏQİQƏTLƏRİ    » Ermənilərin etirafları   

Ermənilərin etirafları

  


Ayrı-ayrı vaxtlarda tarixi həqiqətlər qarşısında aciz qalan ermənilərin etirafları özlərinin kim olduğunu bir daha ortaya qoyur: 
 
Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin Böyük Ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Dağlıq Qarabağda yaşayan ermənilərə gəlincə, onların bir hissəsi aborigen olub, xristian dinini qoruyub saxlayan qədim albanların nəslindəndir. Bir hissəsi təqib və hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə qaçqınlarıdır.
B.İşxanyan. “Qafqaz xalqları” Petroqrad. 1916-cı il, səh.18
______________________________________________________________________________________

1828-ci ildə məşhur “Türkmənçay” müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı... Təkcə son onillikdə (60-70-ci illərdə) Vətənə 200 yüz mindən çox erməni köçmüşdür.
Zori Balayan. “Ocaq”, səh. 120, 192, 273.
______________________________________________________________________________________

Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü dəstələr yığaraq müharibəyə gedən türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər.
A.Lalayan. 1918-20-ci illərdəki qırğınlar haqqında. “İnqilabi Şərq” jurnalı, № 2-3, 1936. Moskva
______________________________________________________________________________________

Ara bir az sakitləşən kimi Şuşanı yenə gördüm. Şəhərin türk məhəlləsində daş - kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, onların sahibləri isə öldürülmüşdü. Eyni hal Xankəndindəki türk məhəlləsinin də başına gətirilmişdi... Bakıda ermənilər ingilislərin yardımı ilə böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25,000 nəfərini qırdılar.
Ohanes Apresyanın xatirələrindən. Leonard Ramsden Hartvill “İnsanlar belədir. 1918-22-ci illər Azərbaycan hadisələri bir erməninin xatirələrində”. ABŞ, İndianapolis, “Bobbs Meril kompani” nəşriyyatı, 1928.
______________________________________________________________________________________

“Erməni hökümətinin daşnak agentləri Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Bu, Qarabağ əhalisinin Bakıdakı həyat mənbəyindən məhrum olmaq, heç zaman heç nə ilə əlaqəsi olmayan Erivanla bağlanmaq deməkdir. Erməni  kəndliləri beşinci qurultayda Azərbaycanı tanımağı və ona birləşməyi qərara aldılar”.
Anastas Mikoyan. 22.05.1919-cu il - Leninə yazdığı məktubundan
______________________________________________________________________________________

Türklərlə ermənilər arasındakı ziddiyyətlərin yaranmasının səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin amansız qəddarlığıdır.
Amerikalı erməni yazıçısı L.Z.Sürməliyan. “Xanımlar və cənablar, müraciətim sizədir” kitabından
______________________________________________________________________________________

Erməni yazıçısı V.Papazyan XX əsrin əvvəllərində ermənilərin inkişafı barədə məlumat verərək yazırdı: “Erməni xalqı tamamilə cahil, avam, vəhşi və başlıcası şüursuz idi. Adamlar daha çox basqın və talançılıqla məşğul olurdular...onlar bir şimal vəhşiləri kimi təkcə ovla yaşayırdılar”.
Stepan Şaumyan. İzbrannie proizvedeniya. tom. 1, s. 390.
______________________________________________________________________________________

Azərbaycan torpaqlarında erməni əyaləti yaradan rus məmurları Çar Rusiyası Senatının 1828-ci il 21 mart tarixli ali fərmanını rəhbər tuturdular. Orada deyilir: “Силою трактата с Персией, заключенного 10 февраля 1828 г., присоединенное к Роcсии Ханство Нахичеванское повелеваем во всех делах именовать отныне областью Армянской” (1828-ci ilin fevral ayının 10-da farslarla bağlanan sazişə əsaslanaraq, Rusiyaya birləşdirilmiş Naxçıvan Xanlığını bu gündən etibarən bütün işlərdə Ermənistan bölgəsi adlandırmağı əmr edirik).
Центральный Государственный Исторический архив Российской Федерации, фонд 880, опись 5, дело 389, лист 18 об.
______________________________________________________________________________________

Erməni alimi S.Zaveryan təsdiq edirdi ki, 1905-ci ildə azərbaycanlılar qırğına məruz qalan zaman Şuşada 12, Cavanşir bölgəsində 15, Cəbrayılda 5, Zəngəzurda 43, cəmi 75 müsəlman türk kəndi yandırılıb dağıdılmışdır.
С. Заварян. Экономические условия Карабаха и голод 1905-1907 гг. Перевод с армянского, Санкт Петербург (СПб), 1907, с. 61.
______________________________________________________________________________________

Ermənilər heç olmasa onu anlamırlar ki, müsəlmanlarla olan düşmənçilik münasibətlərinə görə heç olmasa gürcülərə dözümlülük nümayiş etdirməlidirlər. Lakin bunun əvəzinə onlar indi bu körpünü də yandırdılar”. 
Richard Havannisian The Ebb and Flaw of the Armenian Minority in the Arab Middle East. -Middle East Journal, vol.28, no. 1, Winter, 1974, p. 109-110.
______________________________________________________________________________________

Erməni daşnaklarının başçılarından biri olmuş A.Əmiryan yazırdı ki, “təkcə İrəvan quberniyasında daşnaksakanlar tərəfindən 200 azərbaycanlı kəndi dağıdılmışdır”.
“Bakı Fəhləsi”, 28.05.1918.
______________________________________________________________________________________

Erməni tarixçisi Lalayan yazırdı ki, “əksinqilabi daşnak hökümətinin daxili siyasətinin mahiyyəti ölkə zəhmətkeşləri arasında milli nifrəti qızışdırmaqdan Ermənistan ərazisində yaşayan Azərbaycanlı əhalisini fiziki cəhətdən məhv etməkdən ibarət idi”.
Tarixi yazışmalar. M., 1938, S. 79-107.
______________________________________________________________________________________

Ermənilərin keçmişi ilə maraqlanan tarixçi Qaraqaşyan yazırdı ki, “ermənilərin keçmişi haqqında tarix və ya səlnamə sayıla biləcək məlumatlar yoxdur”.
Каракашян. История восточного вопроса. Лондон, 1905.
______________________________________________________________________________________

Erməni alimi Manuk Abeqyan bu fikri daha da inkişaf etdirərək ermənilərin dumanlı keçmişi haqqında belə bir nəticəyə gəlmişdir: “Erməni xalqının mənşəyi nədir, onlar necə və nə vaxt, haradan və hansı yollarla bu yerlərə gəlmişlər, erməni olmamışdan əvvəl və sonra hansı tayfalarla əlaqədar olmuşlar, onların dilinə və etniki tərkibinə kim necə təsir göstərib?
Bizim əlimizdə bu məsələləri təsdiq edən mötəbər və dəqiq dəlillər yoxdur”.
Манук Абегян. История армянской литературы. Эриван. 1975,с.11.
______________________________________________________________________________________

Qeyd etmək lazımdır ki, erməni soy adları içərisində erməni mənşəli sözlər də olduqca azdır. Bunu bu sahə üzrə mütəxəssis olan erməni alimi Avetisyan da təsdiq edir. О yazır: “erməni soy adlarının yalnız 26,3 faizi orijinal erməni dilindən yaranmış, qalan adların 194-ü fars, 113-ü türk, 111-i ərəb, 60-ı yunan, 54-ü yəhudi, 44-ü də digər dillərdən götürülmüşdür”.
Avetisyan T.M. Erməııi soyadları. (ermənicə), İrəvan, 1987, s.112-114.
______________________________________________________________________________________

Musa Xorenli yazırdı ki, “indi olduğu kimi, keçmişdə də qədim hayların elmlərə, şifahi ötürülən mahnılara həvəsləri olmayıb. Ona görə də kəmağıl, nadan və vəhşi adamlar haqqında danışmaq artıqdır».
История Армении Моисея Хоренского. М., 1893, с. 4
______________________________________________________________________________________

Erməni alimi Hovannesyanın etiraf etdiyi kimi, «qədim dövrlərdə qısa bir zaman kəsiyindən savayı Kilikiyadan Qafqaza qədər olan torpaqlar heç vaxt ermənilərə məxsus olmamışdır» 
Richard G. Hovannissian. The republic of Armenia. Los An-s, vol. 2, p. 332.
______________________________________________________________________________________

«Erməni xalqının tarixi» kitabında qeyd olunur ki, «Tiqranın, Artaşesin, Artavazdın və başqalarının erməni olduğunu hələ heç kim heç nə ilə sübut etməyibdir».
История армянского народа., с. 80.
______________________________________________________________________________________

Qərbi Azərbaycanda tarixən ermənilərin dövlətlərinin olmadığını tanınmış erməni alimi B. İşxanyan da etiraf etmişdir. О уаzırdı ki, «ermənilər həmçinin Qafqaz ərazisinin müxtəlif hissələrində yalnız son əsrlər ərzində yayılmışlar».
Ишханян Б. Народности Кавказа (Статистике – экономическое исследование), Петроград, 1916, с. 16.
______________________________________________________________________________________

Artaşdan sonra hakimiyyət oğlu Artavaza keçdi. Antik müəllif Yuliy Kapitoli onu Artabast kimi yazır. Bu ad da qədim türkcə «arda» - şux, oynaq, itiqaçan, cəld və «bas» - başçı sözlərindən ibarətdir.
Севортян Э.В. Этимологический словарь тюркских языков, т. 1, М., 1974, с. 172-173.
______________________________________________________________________________________

“Ermənilər özlərinin ikiüzlü davranışı ilə gah bu, gah da digər tərəfin silahlı qüvvəsini dəvət edirdilər, öz torpaqlarının vəziyyətinə görə, xasiyyətlərinin oxşarlığına görə parfiyalılara yaxın dururlar, onlarla nigah əlaqələrilə qarışmışlar, azadlıq onlara yaddır, daha çox qulçuluğa meyl edirlər”.
Тацит Корнелий. Сочинения, т. 2, СПБ., 1887, с. 395-396.
______________________________________________________________________________________

E. ə. III əsrdə Cənubi Monqolustanda yaranmış Syunnu tayfa ittifaqı sonralar qüdrətli köçəri dövlətə çevrilmişdi. Daxili mübarizə gedişində I əsrdə iki hissəyə parçalanan Syunnunun bir qolu ilk yaşayış yerini tərk edərək qədim Azərbaycan torpağı olan Zəngəzur mahalında məskən salmışdı. Sisakan əhalisinin türk mənşəli saklar olması Stepan Orbelianın (XIII əsr) “sisaklar təkcə Syuninin yox, həm də albanların əcdadlarıdır, hətta onlara nisbətən daha qədimdir” (1) ifadəsindən də görünür. Bu fikri həmçinin görkəmli erməni tarixçisi Gevorkov Adons da etiraf etmişdir. O, qədim yazılı mənbələrə əsaslanaraq yazırdı ki, “Syunik Ərməniyənin tərkibinə daxil olsa da ayrılma meyllərilə fərqlənirdi. Bunu hər şeydən əvvəl ölkənin etnik xüsusiyyətilə əlaqələndirmək lazımdır”(2). О qeyd edirdi ki, “Prokopi də sunitlərin, daha doğrusu syuniklilərin fars-armenlərdən ayrı xalq olduğunu göstərir”(3).
1. Степанос Орбелиан. Из истории рода Сисакан. Научный архив института истории АН Азербайджана. Инв. № 1274.
2.Адонц Н. Армения в эпоху Юстиниана. М. 1968, s. 421.
З.Адонц Н. Yenə orada., s. 221
______________________________________________________________________________________

Xəlifə Əbdül Məlik alban kilsəsini ləğv edərək xristian albanları erməni kilsəsinə və katolikosa tabe etdi. Bu dövrdən etibarən erməni kilsəsi tərəfindən qədim alban mədəniyyətinin sistemli şəkildə məhv edilməsi prosesi başladı. Bunu erməni müəllifi Ter-Qriqoryan da təsdiq edir. О yazırdı ki, “Musa Kaqanvatsinin (alban tarixçisi) əsəri bizə qədər olduğu kimi gəlib çatmayıb. Onu tərcümə edib üzünü köçürən erməni rahibləri erməni katolikoslarının göstərişilə köçürmə zamanı bilə-bilə mətndə çoxlu təhriflərə yol vermişdilər”.
Тер-Григорян. Борьба Арцага с арабскими захватчиками в IX веке. Б., 1942, с. 42.
______________________________________________________________________________________

Tanınmış alman alimi Adam Mets yazırdı ki, “ermənilər ağlar içərisində ən pis qullardır, onlar zərif qamətli, amma eybəcər ayaqlara malikdirlər, abır-həyaları yoxdur, oğurluqları çox yayılmışdır, onların xasiyyəti, onların dilləri kobuddur. Əgər sən qul-ermənini heç olmazsa bir saat işsiz qoysan, о vaxt onun təbiəti dərhal onu pis işlərə sürükləyəcəkdir. О dəyənək altında və qorxudan yaxşı işləyir. Əgər sən onun tənbəllik etdiyini görsən, bu ümumiyyətlə yorğunluqdan deyil, yalnız ona zövq verməsindən irəli gəlir. О vaxt dəyənəyi götürmək, onu kötəkləmək və istədiyin işi ona gördürməyə məcbur etməlisən”.
Адам Мец. Мусульманский ренессанс. М., 1973, с. 144.
______________________________________________________________________________________

XIX əsrin sonlarına doğru Türkiyədə törədilən qanlı hadisələrdə ermənilərin təqsirli olmasını dolayısı yolla erməni tarixçilərinin özləri də etiraf və təsdiq etməli olmuşlar. Çalxuşyan yazırdı ki, “Türkiyədən uydurma “erməni qırğınları” haqqında nəlumatlar gələrkən Veliçko demişdi ki, “ermənilərə elə bu cür lazımdır!...”.
Чалхушьянъ Гр. Армянский вопросъ и армянские погромы въ России. Ростовъ на-Дону, 1905, с. 25.
______________________________________________________________________________________

“Daşnaksütyun” partiyası yaradılarkən proqramı yox idi. Çünki bu təşkilat ideoloji mübarizəni, siyasi vasitələrlə mübarizəni deyil, zorakılığı, terrorçuluğu, qiyamları, sui-qəsd törətməyi özünə başlıca vasitə seçmişdi. Bu fikri erməni müəllifi M.Vartanyan başqa bir müəllifə istinad edərək bir daha təsdiq etrnişdi. О yazırdı ki, Karl Marksın “Bir dəstə silah daşıyacaq yaraqlı dəstəsi bir dəstə proqramdan daha təsirlidir” prinsipi ilə hərəkət edən komitə, üç il ərzində bir proqram ortaya qoymamışdı.
Vartanyan M. Daşnaksütyun tarixi. (ermənicə), s. 80, 85.
______________________________________________________________________________________

Görkəmli erməni tarixçisi A. Lalayan yazırdı ki, “erməni əksinqilabi burjuaziyasının maraqlarını güdən daşnaksütyun milli və sosial boşboğazlıqla 40 ildən çox erməni xalqını aldatmışdır”.
Лалаян А.А. Контрреволюционная роль партии дашнакцутюн. - “Исторические записки”, т.2, М., 1938, с. 79.
______________________________________________________________________________________

Erməni müəlliflərindən Papazyan və Turabyanın qeyd etdikləri kimi daşnak başçılarının sistemli olaraq kəndlərə qədər yayılan təlimatlarının əsasını aşağıdakı xüsusiyyətlər təşkil edirdi:
“- kim olursa olsun hər erməni əsas ehtiyaclarından bəzilərini belə satmaq vasitəsilə silahlanmalıdır.
- səfərbərlik elanı ilə silah altına çağrılan ermənilər, bu çağrışa uymayacaqlar və müsəlmanlar da daxil olmaqla ətrafdakı xalqın orduya qatılmasına mane olacaqlar.
- hər nə surətlə olursa olsun, silah altına alınmış olan erməni əsgərləri ordudan fərarilik edib erməni bandalarına və ya könüllü birliklərinə qatılacaqlar.
- rus qoşunları sərhədi keçər-keçməz komitəçilər, fərarilər və bandalar rus ordusuna qoşularaq onlarla birlikdə osmanlı ordusuna hücum edəcəklər.
- təchizat yollarını və teleqraf xətlərini kəsmək vasitəsilə osmanlı ordusunun iaşə və kəşfiyyatını iflasa uğradacaqlar.
- cəbhə arxasında iki yaşına qədər olan bütün müsəlmanları gördükləri yerdə və hər fürsətdə qətlə yetirmək lazımdır. (halbuki hadisələr zamanı iki yaşından kiçiklərin, hətta ana bətnindəki körpələrin belə qətlə yetirildiklərinə tez-tez
təsadüf olunmuşdu).
- müsəlman xalqın yeyəcək, mal və mülkünü ələ keçirəcək və ya yandırıb məhv edəcəklər.
-tərk edəcəkləri ev, əkinçilik məhsullarını, kilsə və xeyriyyə qurumlarını yandırıb bunları guya müsəlmanlar etmişlər kimi təbliğat aparacaqlar.
- rəsmi dövlət dairələrini məqsədyönlü qızışdıracaq, osmanlı zabitlərini və jandarmalarını pusquya salaraq qətlə yetirəcəklər.
- cəbhədən yaralı olaraq qayıdan osmanlı əsgərlərini öldürəcəklər.
- şəhərlərdə, qəsəbələrdə, kəndlərdə üsyanlar, inqilablar çıxaracaqlar.
- müsəlman əsgərlərin və dinc xalqın mənəviyyatını pozaraq köçməyə məcbur edəcəklər.
- bomba və silahları emal, tədarük və ya idxal edərək bütün erməniləri silahlandıracaqlar.
- ermənilərin etdikləri üsyan, inqilab və qətliamların hesabını müsəlmanlara çıxararaq bunu daxili və xarici ictimai rəydə nəşr edəcəklər.
- müttəfiq dövlətlərin xeyrinə cəsusluq və yönəldici hərəkətlər edəcəklər”.
Papazian K.S. a. g. е., p.37-38., Aram Turabian. Les Volontaires Armeniens sous les Drapaux Fraocais, Marseilles 1917, p.6. Georges de Maleville, a.g.e., p. 34-35.
______________________________________________________________________________________

Qarabağda yaşayan ermənilərin əksəriyyətini qriqoryanlaşmış xristian albanların təşkil etdiyini yaxşı bilən millətçi dairələr onlara ikinci növ ermənilər kimi baxırdılar. Bu fikri erməni müəllifi R. Arakelov da qeyd edirdi. О yazırdı ki, millətçi ermənilər üçün “qarabağlı ermənilər ikinci dərəcəli həm qəbilə üzvləridir”.
Аракелов Роберт. Нагорный Карабах. Виновники трагедии известны. Б., 1991, с. 12.
______________________________________________________________________________________

İran və Türkiyədən ermənilərin Şimali Azərbaycana köçürülməsinədək İrəvan şəhərində ermənilər cüzi azlıq təşkil edirdilər. Məhz köçürülmə siyasətindən sonra burada artıq 1850-ci ildə ermənilər ümumi əhalinin 8 faizini, 1879-cu ildə 9 faizini, 1897-ci ildə 10 faizini təşkil edirdilər. Bu rəqəmləri erməni alimləri Parsamyan, Poqosyan və Arutyunyan təsdiq edirlər .
Парсамян В.А., Погосян С.А., Арутюнян Н.Р. История армянского народа. Армучпедгиз, 1962, с.131, 158.
______________________________________________________________________________________

Alman səyyahı Moris Vaqner 1843-cü ildə İrəvanda olarkən bu diyarın acınacaqlı vəziyyətə qaldığını təsvir etmişdi. Vaqner daha sonra qeyd edirdi ki, “heç də təəccüblü deyil ki, dini nifrətə baxmayaraq, şəhərdə ermənilərin çoxu yenidən qayıdıb İrana getrnək istəyir”. 
Artaşes Abeğyan. Alman səyyahı Moris Vaqner Ermənistanda. Vyana, ermənicə. 1857, s. 9.
______________________________________________________________________________________

Bu bir inkar edilməz faktdır ki, Şimali Azərbaycanın Rusiya imperiyasına birləşdirildiyi dövrədək indiki Azərbaycan ərazisində ermənilər cəm halda yaşamamışlar. Bu ərazilərdə erməni etnosu kimi, erməni toponimləri də cüzi azlıq təşkil etmişlər. Erməni alimi Parsamyan yazırdı ki, “Rusiyaya birləşənə qədər indiki Ermənistanın 169155 nəfər əhalisinin 33,8 faizi erməni, 49,7 faizi isə müsəlman (azərbaycanlı) idi”.
Парсамян В.А. История армянского народа 1801-1900 г. кн., 1, Ереван, 1977, с. 88.
______________________________________________________________________________________

Bu gün ermənilərin ədəbiyyat sahəsində az-çox nələri varsa, bütün bunlar türk xalqları ilə, xüsusən də sonralar Azərbaycan türkləri ilə qonşu olmaları sayəsində əldə edilmişdir. Bu işdə poeziya sahəsi də istisna deyildir. Erməni müəllifi Qukasyan, həmçinin akademik M.Abeqyanın belə bir fikri təsdiq edirdi ki, erkən orta çağ erməni poeziyasında qafiyəli şer Azərbaycan və başqa türk dillərinin təsirilə meydana gəlib. Bu fikirləri incəsənət sahəsinə də şamil etmək olar. Belə ki, erməni əsilli akademik Marr, ermənilərin başqa xalqların təsiri altında mədəni cəhətdən müəyyən inkişafa çatdıqlarını belə qələmə almışdır: “Aninin erməni incəsənəti öz yüksək inkişafını erməni çarları dövründə deyil, erməni dövlətinin süqutundan sonra tapmışdı”.
Mapp. Н.Й. О результатах творчестве Руставели и его поеме. Тбилиси, 1964, с. 102.



Oxunub: 94100