Baş səhifə   » QARABAĞ MÜNAQİŞƏSİ    » SSRİ rəhbərliyinin qərarları   

SSRİ rəhbərliyinin qərarları

  



Dağlıq Qarabağ münaqişəsi ilə bağlı SSRİ-də qəbul olunan başlıca qərarlar

1988-ci il martın 23- də SSRİ Ali Soveti Rəyasət Heyətinin qəbul etdiyi qərarda Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-yə verilməsi təklifi rədd edilir.
1988-ci il iyulun 18- də SSRİ Ali Soveti Rəyasət Heyətinin qəbul etdiyi qərarda Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-nin tərkib hissəsi olması bir daha təsdiqlənir. Bu qərar DQMV-nin yerli Sovetinin Azərbaycanın tərkibindən çıxmaq barədə 12 iyul tarixli qərarı ilə əlaqədar olaraq qəbul edilmişdir.
1988-ci il sentyabrın 21- də Moskva DQMV- də fövqəladə vəziyyət elan etdi. Bu tədbir vilayətin Azərbaycanın idarəçiliyindən faktiki çıxarılması istiqamətində atılmış ilk və yanlış addım oldu.
1988-ci il yanvarın 12 - də Moskva DQMV-də Arkadi Volskinin rəhbərliyi altında Xüsusi İdarə Komitəsinin (XİK) yaradılması haqqında qərar qəbul etdi. Bu qərar Vilayətin Azərbaycanın tabeçiliyindən çıxarılması yolunda növbəti qeyri-qanuni addım oldu.
1989-cu il noyabrın 28-də SSRİ Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyəti normal hala salmaq tədbirləri haqqında” qərar qəbul etdi.
1989-cu ilin yanvarın 10-da SSRİ Ali Soveti Rəyasət Heyəti "Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989- cu il dekabrın 1- də və 1990 - cı il yanvarın 9-da qəbul etdiyi aktların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında" qərar qəbul etdi. Burada göstərilirdi ki, Ermənistan SSR Ali Sovetinin "Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında" 1989-cu il 7 dekabr tarixli və "1990- cı ildə DQMV - nin sosial - iqtisadi inkişaf planını Ermənistan SSRİ iqtisadi və sosial inkişafına dair dövlət planına daxil etmək haqqında" 1990 - cı il 9 yanvar tarixli qərarları SSRİ Konstitusiyasına uyğun deyildir və SSRİ Konstitusiyasının 74 - cü maddəsinə əsasən respublika ərazisində qüvvədə ola bilməz.
1990-cı il yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyəti “Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında” fərman qəbul etdi. Bu fərmana əsasən DQMV-nin, Azərbaycan SSR-in ona bitişik rayonlarının, Ermənistan SSR Gorus rayonunun ərazisində, habelə Azəbaycan SSR ərazisində SSRİ-nin dövlət sərhədi boyunca sərhədyanı zonada fövqəladə vəziyyət elan edildi.
1990-cı il martın 5-də SSRİ Ali Soveti "Azərbaycan SSR-də və Ermənistan SSR- də vəziyyət və şəraiti normallaşdırmaq tədbirləri haqqında qərar" qəbul etdi.



Oxunub: 48287