Baş səhifə   » COĞRAFİYA    » Tarixi-coğrafi ərazi   

Tarixi-coğrafi ərazi

  



Qarabağ xanının vəziri olmuş Mirzə Camal Cavanşir (1773-1853) “Qarabağ tarixi” (1847) əsərində Qarabağın tarixi-coğrafi ərazisindən bəhs edərkən yazır: "Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmşəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə "Krasnı most, yəni (Qırmızı körpü) adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq, gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə) sərhədi Kür çayına qədər-Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatar. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır". Rusiya işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə olması onunla təsdiq olunur ki,
1) bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır;
2) bu fakt yalnız təcrübə ilə deyil, qaynaqlarla da əsaslandırılır.
Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil. Bu faktlar Qarabağın qədim zamanlardan Azərbaycanın tarixi bölgəsi olduğunu sübut edir.




Oxunub: 22781