Baş səhifə   » COĞRAFİYA    » Su anbarları   

Su anbarları

  



Azərbaycanın Qarabağ bölgəsində bir neçə respublika əhəmiyyətli su anbarı var. Buna misal olaraq Tərtərçay üzərində tikilən Sərsəng su anbarını göstərmək olar. Bu su anbarı 1976-ci ildə tikilib. Onun həcmi 565 mln. m³, səthini sahəsi 14,2 km², mütləq hündürlüyü 726 m-dir.

Xaçınçay su anbarı 1964-cü ildə tikilib, onun həcmi 23 mln m³, mütləq hundürlüyü 507 m, səthinin sahəsi 1,76 km²-dir.

Ən yüksək mütləq hündürlükdə yerləşən Qanlıgöl su anbarı da Qarabağda yerləşir. Onun həcmi 1,0 mln m³, səthinin sahəsi 0,1 km², mütləq hündürlüyü isə 2420m-dir. Bu su anbarı 1965-ci ildə tikilib.

Arpaçay su anbarı eyni adlı çayın üzərində 1977-ci ildə tikilib. Qidalanma mənbəyi Arpa çayıdır. Onun həcmi 150 mln. m³, səthinin sahəsi 6,3 km², mütləq hündürlüyü 955 m-dir.

Ağdamkənd su anbarı 1962-ci ildə Qarqarçay üzərində tikilib. Onun həcmi 1,6 mln.m³, səthinin sahəsi 0,5 km² və 291,5 m mütləq hündürlükdə yerləşir.





Oxunub: 38622