Baş səhifə
» COĞRAFİYA
» Göllər
Göllər Böyük Alagöl Qarabağ vulkan yaylasında okean səviyyəsindən 2729 m yüksəklikdə yerləşir. Gölün ən uzun yeri 3,7 km, ən enli yeri 9 m-dən artıqdır, gölün həcmi isə 24,3 mln m³-dir. Kiçik Alagöl isə 2739 m hündürlükdə yerləşir. Gölün səthinin sahəsi 1,2 km²-dir, ən dərin yeri isə 4 m-dir. Böyük və Kiçik Alagöllərin ətrafı alp çəmənlikləridir. İşıqlı dağının şimal-şərq yamacında, dəniz səviyyəsindən 2666 m yüksəklikdə Qaragöl yerləşir. İşıqlı Qaragöl Azərbaycan Respublikasının Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonu sərhədində yerləşir, sərhəd gölü hesab edilir. Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Gölün sahəsi 1.8 km², həcmi 10.2 mln. m³, ən dərin yeri isə 10 m-dir. Qarabağ vulkanik yaylasında yerləşən nisbətən kiçik göl Pəriçınqıl 2961 m mütləq hündürlükdə yerləşir. Həcimi 2,4 mln. m³, səthinin sahəsi 0,94 km², ən dərin yeri isə 5,4 m.-dir.
|