Baş səhifə   » MÜNAQİŞƏ ATƏT-də    » ATƏT sənəd 7 dekabr 2002   

ATƏT sənəd 7 dekabr 2002

  


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 10-cu görüşü
Porto, 7 dekabr 2002-ci il

Nazirlər Şurasının Bəyanatları
Biz tərəflər arasında intensivləşdirilmiş dialoqa və Minsk qrupunun həmsədrlərinin fəal köməyinə
baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əldə edilmədiyindən dərin təəssüf hissi
keçirməkdə davam edirik. Biz bir daha təsdiq edirik ki, bu uzanmış münaqişənin təcili nizamlanması Cənubi
Qafqaz regionunda möhkəm sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlığa kömək edəcək.
Biz sülh dialoqunun davam etdirilməsi vacibliyini yenidən bəyan edirik və tərəfləri münaqişənin beynəlxalq
hüququn norma və prinsipləri əsasında tezliklə həll edilməsi istiqamətindəki səylərini davam etdirməyə
çağırırıq. Biz, həmçinin, tərəfləri qarşılıqlı etibar və inamın möhkəmləndirilməsinə səbəb olacaq əlavə
tədbirlərin nəzərdən keçirilməsinə çağırırıq.
Biz tərəflərin atəşkəsə olan və məsələnin sülh yolu ilə və hərtərəfli nizamlanması öhdəliklərini alqışlayırıq.
Biz Ermənistan və Azərbaycan prezidentlərinin və onların şəxsi nümayəndələrinin davam edən görüşlərini
xüsusilə alqışlayırıq. Biz tərəfləri həmsədrlərin fəal dəstəyi ilə ədalətli və möhkəm nizamlanmanın əldə
edilməsinə yönəlmiş səylərini davam etdirməyə çağırırıq.

ƏLAVƏ
Azərbaycan Nümayəndə heyəti tərəfindən
Helsinki məsləhətləşmələrinin Yekun tövsiyələrinin 79-cu Paraqrafına (Fəsil 6) müvafiq olaraq İzahedici
Bəyanat
“ATƏT-in Nazirlər Şurasının 10-cu görüşünün indi qəbul edilmiş qərarı ilə əlaqədar mən Helsinki
məsləhətləşmələrinin Yekun tövsiyələrinin Fəsil 6, 79-cu Paraqrafına müvafiq olaraq izahedici bəyanat vermək
istərdim.
Azərbaycan Respublikası ATƏT-in aşağıdakı prinsiplərindən çıxış edərək Ermənistan və Azərbaycan
arasında münaqişəyə dair bəyanat üzrə konsensusa qoşulmuşdur ki, bu prinsiplərə əsasən:
“İştirakçı dövlətlər hər bir iştirakçı dövlətin ərazi bütövlüyünə hörmət edəcəklər.
Beləliklə, onlar istənilən iştirakçı dövlətin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya birliyinə qarşı
Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olmayan hər hansı hərəkətdən və xüsusilə, hədə və ya gücdən istifadəni təşkil edən hər hansı belə hərəkətdən çəkinəcəklər.
İştirakçı dövlətlər eynilə bir-birinin ərazisini beynəlxalq hüquqa zidd olaraq hərbi işğal və ya digər birbaşa
və ya dolayı yolla güc tədbirləri obyekti, yaxud belə tədbirlər və ya onlarla hədələmək vasitəsilə ələ keçirmək
obyekti etməkdən çəkinəcəklər. Heç bir belə işğal və ya ələ keçirmə qanuni sayılmayacaq.”
Azərbaycan tərəfi həmçinin vurğulamaq istərdi ki, xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi
Helsinki Yekun Aktının aşağıdakı prinsiplərinə müvafiq olaraq həyata keçiriləcək:
“İştirakçı dövlətlər, bütün zamanlarda Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsəd və prinsipləri
və beynəlxalq hüququn müvafiq normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyünə aid normalara uyğun
hərəkət edərək, xalqların bərabər hüquqlarına və onların öz müqəddəratını təyin etmək hüququna hörmət
edəcəklər.”
Bundan başqa, Azərbaycan Respublikası bildirir ki, Ermənistan və Azərbaycan arasında münaqişə yalnız
Azərbaycanın ərazi bütövlüyünə tam hörmət edilməsi əsasında həll oluna bilər ki, bu aşağıdakıları nəzərdə tutur:
- Ermənistan tərəfindən Dağlıq Qarabağ regionu onun ayrılmaz hissəsi olan Azərbaycanın ərazi
bütövlüyünün birmənalı olaraq tanınması;
- erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün ərazilərindən, o cümlədən Dağlıq Qarabağ regionundan
dərhal və qeyd-şərtsiz çıxarılması;
- zorla qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına təhlükəsiz şəraitdə qayıtması üçün bütün əlverişli
şərtlərin yaradılması.
Bundan əlavə, Azərbaycan Respublikası bildirir ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan
erməni icması üçün işlənib hazırlanacaq hər hansı özünüidarə statusu yalnız Azərbaycanın ərazi bütövlüyünə
tam hörmət edilməsi əsasında mümkün olacaq.



Oxunub: 21564