Baş səhifə   » MÜNAQİŞƏ ATƏT-də    » ATƏT sənəd 4 dekabr 2008   

ATƏT sənəd 4 dekabr 2008

  


ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 16-cı illik toplantısı
Minsk Qrupuna həmsədrlik edən ölkələrin birgə bəyanatı
Helsinki, 4 dekabr 2008-ci il 

Biz ATƏT-in Minsk Qrupuna həmsədrlik edən Fransa, Rusiya və ABŞ-ın Xarici İşlər Nazirləri və nazir müavinləri olaraq Dağlıq Qarabağ münaqişəsi tərəflərinə müraciət edərək bəyan edirik ki, Ermənistan və Azərbaycan prezidentlərinin 2 noyabr 2008-ci ildə Moskvada keçirilmiş görüşündə yaranmış müsbət impulsa əsaslanaraq münaqişənin nizamlanması ilə bağlı ziddiyətləri razılaşdırsınlar. Həmin gün imzalanmış Moskva Bəyannaməsi bizim Cənubi Qafqazda sülhə nail olmaq yönündə ümumi səylərimizdə yeni və mühüm mərhələ açır. Həmin Bəyannamədə prezidentlər bir daha Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu həmsədrlərinin ötən il Madriddə tərəflərə təqdim etdiyi Əsas Prinsiplər üzrə sülh yoluyla nizamlanmasına dair konstruktiv danışıqları davam etdirməyə sadiq olduqlarını ifadə ediblər. Biz tərəflərə müraciət edirik ki, Həmsədr ölkələrlə Əsas Prinsiplər üzərində işi yaxın aylarda yekunlaşdırmaq üçün işi davam etdirsinlər və daha sonra həmin prinsiplərdə əksini tapmış çərçivə əsasında yekun sülh müqaviləsi üzərində danışıqlara başlasınlar. Moskva Bəyannaməsinə uyğun olaraq biz tərəflərə müraciət edirik ki, etimadın möhkəmləndirilməsi tədbirlərini davam etdirmək üçün Həmsədrlərlə işləsinlər, bizim həmsədrlərin noyabrın ortalarında regiona səfərləri zamanı tərəflərə təklif etdikləri kimi günahsız mülki şəxslərin və əsgərlərin snayperlərin Təmas Xəttindən çəkilməsinə başlasınlar. Həmçinin atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı Həmsədrlərin, ATƏT Sədrinin Şəxsi Nümayəndəsinin səylərini dəstəkləsinlər. Biz münaqişənin hərbi yolla heç bir həllinin mövcud olmadığı barədə qəti mövqeyimizi təkrarlayırıq və tərəflərə müraciət edirik ki, sülh danışıqlarına qayıtsınlar.



Oxunub: 1827