Baş səhifə   » MÜNAQİŞƏ ATƏT-də    » ATƏT sənəd 7 dekabr 2004   

ATƏT sənəd 7 dekabr 2004

  


ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 12-ci illik toplantısı
Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat 
Sofiya, 7 dekabr 2004-cü il 

Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində 2004-cü il ərzində əldə edilmiş irəliləyişləri, o cümlədən Ermənistan və Azərbaycan prezidentləri arasında ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin vasitəçiliyi ilə baş tutmuş 3 görüşü alqışlayırıq. Biz eyni zamanda “Praqa prosesi” adı alan və hər iki ölkənin Xarici İşlər Nazirlərinə münaqişənin nizamlanmasına dair bütün parametrləri nəzərdən keçirməyə imkan yaradan görüşləri  dəstəkləyirik. Biz “Praqa prosesi”nin nəticələrinə əsaslanaraq qeyd edirik ki, ATƏT-in Minsk Qrupunun Həmsədrləri sentyabr ayında Astanada hər iki prezidentə münaqişənin nizamlanması üçün əsas ola biləcək təkliflər təqdim etmişik. Biz Ermənistan və Azərbaycan prezidentlərini həmin təkliflər üzərində işi davam etdirməyə çağırırıq. Eyni zamanda biz tərəfləri israrla münaqişənin nizamlanması üçün səyləri ikiqat artırmağa inandırmaq üçün səyləri davam etdirəcəyik.




Oxunub: 1514