Baş səhifə
» MÜNAQİŞƏ ATƏT-də
» ATƏT sənəd 6 dekabr 2012
ATƏT sənəd 6 dekabr 2012ATƏT Xarici İşlər Nazirləri Şurasının 19-cu illik toplantısı Minsk Qrupuna həmsədrlik edən ölkələrin birgə bəyanatı Dublin, 6 dekabr 2012-ci il ATƏT Nazirlər Şurasının Dublindəki toplantısı münasibətilə biz, ATƏT-in Minsk Qrupuun Həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri Dağlıq Qarabağ münaqişəsi tərəflərini sülhə nail olmaq üçün siyasi iradə göstərməyə çağırırıq. Bizim prezidentlərin 2012-ci il iyunun 18-də Los-Kabosda bəyan etdiyi kimi tərəflər Helsinki prinspilərinə, xüsusən güc tətbiqindən və ya güc tətbiqi ilə hədələmədən imtinaya, ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyin etmə prinsipinə, 2009-cu ildə Akvilldə, 2010-cu ildə Muskokda, 2011-ci ildə Dovilldə qəbul edilmiş birgə bəyanatlarda əksini tapmış elementlərə sadiq qalmalıdır. 2011-ci ildə prezidentlərin Dovildəki bəyanatlarına istinad edərək, biz yenidən tərəfləri münaqişənin sülh yolu ilə nizamlanmasına nail olunması üçün qətiyyətli addımlar atmağa çağırırıq. Biz təəssüf edirik ki, 2012-ci il yanvarın 23-də Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə bəyanatından hasil olan sülh prosesində sürətli irəliləyiş gözləntiləri həyata keçirilmədi. Bunun müqabilində tərəflər qarşılıqlı anlaşmaya əsaslanan saziş əldə etmək əvəzinə, çox vaxt danışıqlar prosesində birtərəfli üstünlük axtarıblar. Qoşunların təmas xətti boyu insidentlərin azaldığını qeyd etməklə bərabər biz tərəflərə 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasına əməl olunmasının vacibliyini, güc tətbiqi yoluyla münaqişənin həllinin mümkün olmadığını xatırladırıq. Biz həmçinin tərəfləri qarşılıqlı düşmənçiliyi qızışdıran bəyanatlardan və hərəkətlərdə çəkinməyə çağırırıq. Liderlər öz xalqlarını düşmənçiliyə yox, yenidən qonşu kimi yanaşı yaşamağa və bir-birlərinin tarixinə, ənənələrinə hörmət etməyə hazırlamalıdır. Həmsədr ölkələrin nümayəndə heyətlərinin başçıları Ermənistan və Azərbaycan XİN rəhbərlərinin 2013-cü ilin əvvəlində Minsk qrpunun həmsədrləri ilə birlikdə münaqişənin nizamlanması yollarının müzakirəsinə hazır olmalarını alqışlayır. Bizim ölkələrimiz yenə də tərəflərə kömək etmək üçün əlindən gələni etməyə hazırdır, lakin Dağlıq Qarabağ münaqişəsinə son qoymağa görə məsuliyyət tərəflərin üzərinə düşür.
|