Baş səhifə   » MÜNAQİŞƏ ATƏT-də    » ATƏT sənəd 5 dekabr 2006   

ATƏT sənəd 5 dekabr 2006

  


ATƏT-in Nazirlər Şurasının 14-cü illik toplantısı
Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat
Brüssel, 5 dekabr 2006-cı il

ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin səyləri və ATƏT-in fəaliyyətdə olan Sədrinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində 2006-cı il ərzində aparılmış danışıqlar nəticəsində tərəflərin əsas prinsiplər üzrə razılığa gəlmələri üçün daha da yaxınlaşmaları bizi ruhlandırmışdır.
Biz Böyük Səkkizliyin (cari ilin) iyul ayında Sankt-Peterburq şəhərində keçirilmiş Sammitində Böyük Səkkizliyin liderləri tərəfindən bu səylərə ifadə edilmiş dəstəyi alqışlayırıq.
Biz israrla inandırırıq ki, Ermənistan və Azərbaycan Prezidentlərinin bu əsas prinsiplər üzərində növbəti il ərzində mümkün qədər tez yekun razılığa gəlmələri üçün göstərdikləri səyləri daha da artırmalarını israr edirik.
Biz tərəfləri yanğınların yayıldığı ərazilərdə dayandırılması və onların fəsadlarının aradan qaldırılması məqsədi ilə beynəlxalq ictimaiyyətin köməyi ilə ekoloji əməliyyatın aparılması üçün əməkdaşlığın artırılmasına çağırırıq. Bu tədbirlərin aparılması tərəflər arasında inamın bərpa edilməsi üçün əhəmiyyətli addımlar ola bilər. ATƏT yardım göstərməyə hazırdır.
Biz, eyni zamanda ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi Nümayəndəsi və onun regiondakı missiyasına, xüsusən də onların Ekoloji Dəyərləndirmə Missiyası və atəşkəsin davam etməkdə olan monitorinq fəaliyyətinə dəyişməz dəstəyimizi ifadə edirik. Biz təəssüf edirik ki, vaxtaşırı olaraq cəbhə xətti boyunca insanların həyatının itirilməsi ilə nəticələnən insidentlər davam edir və hər iki tərəfi atəşkəsə sayıqlıqla riayət etməyə çağırırıq.



Oxunub: 1891