Baş səhifə   » MÜNAQİŞƏ ATƏT-də    » ATƏT sənəd 8 dekabr 1995   

ATƏT sənəd 8 dekabr 1995

  


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 5-ci görüşü
Budapeşt, 8 dekabr 1995-ci il

ATƏT-in Minsk prosesi üzrə qərarı
Nazirlər Şurası
- ATƏT-in Minsk prosesinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeganə forum olmasını təsdiqləyir;
- münaqişə tərəflərinin 1994-cü ilin mayın 12-də bərqərar edilən atəşkəsə riayət etməyi davam etdirmək əzmlərini alqışlayır;
- tərəfləri bütün hərbi əsirləri və münaqişə ilə bağlı saxlanılan bütün şəxsləri dərhal azad etməyə, və Beynəlxalq Qırmızı Xaç Komitəsinin şəxslərin saxlanıldığı bütün yerlərə və bütün saxlanılanlara maneəsiz baş
çəkməsini təmin etməyə çağırır;
- Fəaliyyətdə olan Sədrlə koordinasiyada təxirə salınmadan silahlı münaqişənin dayandırılması haqqında siyasi sazişin əldə edilməsi yolunda Minsk konfransının Həmsədrlərinin səylərini dəstəkləyir. Belə sazişin yerinə yetirilməsi bütün tərəflər üçün münaqişənin əsas nəticələrini aradan qaldıracaq və qısa vaxt ərzində Minsk konfransını çağırmağa imkan yaradacaq. Sazişin imzalanması Daimi Şuraya fəaliyyətinin davam etdirilməsi lazım olan Yüksək Səviyyəli Planlaşdırma Qrupunun dəyərli tövsiyələrinə əsaslanaraq, ATƏT-in sülhməramlı əməliyyatının keçirilməsi haqqında qərar qəbul etməyə imkan yaradacaq;
- münaqişənin nizamlanması prinsipləri üzrə razılaşmanın əldə edilməsi məqsədilə, Həmsədrlərlə koordinasiyada, birbaşa əlaqələrin qurulmasına dair ifadə olunmuş öhdəlikləri alqışlayır və bunu tez bir zamanda gerçəkləşdirməyə təkidlə çağırır; və - kompromisin tezliklə əldə edilməsi məqsədilə tərəflərin ən vacib məsələləri nəzərdən keçirməyə ifadə olunmuş hazırlıqlarını nəzərə alır.



Oxunub: 16912