Baş səhifə
» MÜNAQİŞƏ ATƏT-də
» ATƏT sənəd 3 dekabr 1996
ATƏT sənəd 3 dekabr 1996Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Zirvə görüşü Lissabon, 3 dekabr 1996-cı il ƏLAVƏ 1 ATƏT-in Fəaliyyətdə olan Sədrinin Bəyanatı Sizə məlum olduğu kimi, son iki il ərzində Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinin həllində heç bir irəliləyiş əldə edilməmişdir. Mən təəssüflə qeyd edirəm ki, məsələnin nizamlanması prinsiplərinə dair tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində Minsk konfransı həmsədrlərinin səyləri uğurla nəticələnmədi. Minsk qrupunun həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının tərkib hissəsi kimi formalaşdıran üç prinsip tövsiyə edilmişdir. Bu prinsipləri Minsk qrupunun bütün üzv-dövlətləri dəstəkləyir. Bu prinsiplər aşağıdakılardır: - Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; - Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək səviyyəli özünüidarə verən öz müqəddəratını təyin etməyə əsaslanmış sazişdə müəyyən edilmiş Dağlıq Qarabağın hüquqi statusu; - bütün tərəflərin nizamlama müddəalarına riayət olunmasının təmin edilməsinə dair qarşılıqlı öhdəliklər də daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təmin edilmiş təhlükəsizliyi. Mən təəssüflə etiraf edirəm ki, bir iştirakçı dövlət bunu qəbul edə bilmədi. Bu prinsiplər digər iştirakçı dövlətlər tərəfindən dəstəklənir. Bu bəyanat Lissabon Zirvə görüşünün sənədlərinə daxil ediləcək.
|