Baş səhifə
» MÜNAQİŞƏ ATƏT-də
» ATƏT sənəd 5-6 dekabr 2005
ATƏT sənəd 5-6 dekabr 2005ATƏT-in Nazirlər Şurasının 13-cü illik toplantısı Minsk Qrupunun məşğul olduğu münaqişə barədə bəyanat Lyublyana, 5-6 dekabr 2005-ci il Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində 2005-ci il ərzində “Praqa prosesi” çərçivəsində əldə edilmiş irəliləyişləri, o cümlədən Ermənistan və Azərbaycan prezidentləri arasında Varşavada və Kazanda Minsk Qrupu Həmsədrlərinin vasitəçiliyi altında keçirilən iki görüşü məmuniyyətlə qeyd edirik. Biz hesab edirik ki, tərəflər hazırda danışıqlardan qərarların qəbul edilməsi mərhələsinə keçidin sərhədinə gəlib çatıblar və bütün tərəflər üçün məqbul həll variantına nail olmaq üçün real şanslar var. Biz Ermənistan və Azərbaycan prezidentlərini hazırda münaqişə tərəfləri qarşısında açılımış imkanlardan istifadə edərək qarşıdakı ildə münaqişənin ATƏT Minsk Qrupu çərçivəsində nizamlanmasına nail olmaq üçün əhəmiyyətli irəliləyişlərə nail olmağa çağırırıq.
|