Baş səhifə   » MÜNAQİŞƏ ATƏT-də    » ATƏT sənəd 19 noyabr 1999   

ATƏT sənəd 19 noyabr 1999

  


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Zirvə görüşü
İstanbul, 19 noyabr 1999-cu il

İstanbul Zirvə görüşünün Bəyannaməsi
Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranan vəziyyət və son hadisələr haqqında ATƏT-in Minsk
qrupunun Həmsədrlərinin məruzəsini aldıq və onların səylərini müsbət qiymətləndiririk. Biz Ermənistan və
Azərbaycan prezidentləri arasında aktivləşən dialoqu xüsusilə alqışlayırıq ki, onların müntəzəm görüşləri
problemin möhkəm və hərtərəfli həllinin tapılması prosesinin dinamikası üçün imkan yaratmışdır. Biz qəti
şəkildə bu dialoqu dəstəkləyirik və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpası ümidi ilə bu
dialoqun davam etdirilməsinə çağırırıq. Biz həmçinin təsdiq edirik ki, ATƏT və məsələnin həllinin tapılması
üçün ən münasib format olan ATƏT-in Minsk qrupu sülh prosesini və onun gələcəkdə həyata keçirilməsini,
tərəfləri bütün zəruri köməklik ilə təmin etmək də daxil olmaqla, daha da irəlilətməyə hazırdır.
Biz bu il Yerevanda ATƏT-in ofisinin açılmasını və analoji ofisin Bakıda açılması qərarını alqışlayırıq. Bu
addımlar ATƏT-ə bizim Ermənistan və Azərbaycanla olan əməkdaşlığımızı gücləndirmək imkanı verəcək.




Oxunub: 18101