Baş səhifə   » QARABAĞ MÜNAQİŞƏSİ    » Danışıqlar prosesi    » 1996-cı ildəki danışıqlar   

1996-cı ildəki danışıqlar

  



Atəşkəsin əldə olunmasından sonra danışıqlar prosesi əsasən Minsk Qrupu formatında aparılıb. Minsk Qrupunda Avropa ölkələrindən olan həmsədrlər bir-birini əvəz etmiş, Rusiya isə bu formatda dəyişməz həmsədr kimi qalmaqda idi. Danışıqlar prosesi əsasən həmsədrlərin münaqişə regionuna səfərlərindən, tərəflərlə ayrı-ayrılıqda görüşlərindən və Minsk Qrupu çərçivəsində aparılan məsləhətləşmələrdən ibarət olub. Vasitəçilər münaqişənin həllinə dair tərəflərin imzalaya biləcəyi müqavilə layihəsini hazırlamağa çalışmışlar. Dağlıq Qarabağ üzrə vasitəçilik formatında bu vəziyyət 1996-cı ilin sonunadək (2-3 dekabr 1996, ATƏT-in Lissabon sammiti) davam etmişdir. 




Oxunub: 2267