Baş səhifə
» QARABAĞ MÜNAQİŞƏSİ
» Danışıqlar prosesi
» 2007-ci ildəki danışıqlar
2007-ci ildəki danışıqlar2007-ci il noyabrın 29-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Vardan Oskanyan İspaniyanın paytaxtı Madriddə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüşlər. ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçən görüşdə E.Məmmədyarov, V.Oskanyan və həmsədrlərdən başqa Rusiya və Fransanın xarici işlər nazirləri, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini də iştirak etmişlər. Həmin görüşdə Minsk qrupunun həmsədrləri Məmmədyarovla Oskanyana Qarabağ münaqişəsinin həllinin təməl prinsipləri üzrə kompromislər layihəsini təqdim etmişlər. Görüşün ardınca ATƏT-in Minsk qrupu bəyanatla çıxış etmişdir. Bəyanatda bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş danışıqların son üç ilində tərəflərin mövqeləri arasında ziddiyyətlər əhəmiyyətli dərəcədə azalıb və yalnız bir neçə məsələnin razılaşdırılması qalıb. Həmin vaxtdan münaqişənin nizamlanmasının baza prinsiplərinə dair təkliflər “Madrid prinsipləri” adlandırılıb və danışıqlar bu təkliflər əsasında aparılıb.
|